Google Doodle

İlk dudl (1998)

Google Doodle — "Google"un ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo.

Dudl termini ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq "Google"un qurucuları Larri PeycSergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də "Google"un bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır.

2000-ci ildə Larri PeycSergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır

ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır.[1]

Azərbaycana aid Doodle

[redaktə | mənbəni redaktə et]

2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibətilə xüsusi dudl yerləşdirib.[2] Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.[2] Həmin ilin 18 oktyabrında isə Azərbaycanın milli müstəqilliyinin bərpası günü xüsusi dudl hazırlayıb. Dudlda Azərbaycan gerbi, bayrağın rəngləri yer alıb.[3]

Ümumi mövzular

[redaktə | mənbəni redaktə et]

1998-ci ildə "Google" Şükran Gününü qeyd etdikdən bəri bəzi bayramlar və tədbirlər hər il qeyd edilir, o cümlədən:

  1. "Google Doodle". 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-23.
  2. 1 2 ""Google.az" Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı "doodle" yerləşdirib". 2016-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.
  3. "Google Azərbaycanın müstəqillik gününü qeyd edir". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]