Google Fuchsia

Google Fuchsia
Loqonun şəkli
İstehsalçı Google[1]
Yazılma dili C, C++, Dart, Go, Python, Rust, TypeScript
Buraxılış tarixi 15 avqust 2016
Son versiya
Dəstəklənən dillər ingilis dili
Dəstəklənən platformalar ARM[d]
Lisenziya Apache lisenziyası[d]
Veb-saytı fuchsia.dev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Google FuchsiaGoogle tərəfindən hazırlanmış açıq mənbəli, qabiliyyət əsaslı əməliyyat sistemi. Google-un ChromeOSAndroid kimi Linux əsaslı əməliyyat sistemlərindən fərqli olaraq, Fuchsia Zircon adlı xüsusi nüvəyə əsaslanır. O, heç bir rəsmi korporativ elan olmadan 2016-cı ilin avqustunda özünə məxsus git anbarı kimi buraxılıb. Bir neçə illik tərtibatdan sonra onun rəsmi məhsulu 2021-ci ildə birinci nəsil Google Nest Hub-da Linux əsaslı Cast OS-ni əvəz etdi.

Fuchsia adını çəhrayı və bənövşəyi rəngin qarışığı olan fuşya rəngindən (açıq bənövşəyi) almışdır.[3][4] Bu ad Fuchsia layihəsinin komanda üzvlərinin təsirləndiyi Apple daxilindəki iki əməliyyat sistemi layihəsinə istinad edir: Taligent (kod adı "Pink") və iOS (kod adı "Purple").[5] Rəngə əsaslanan adlandırma sxemi Apple işçilərinin öz ideyalarını tərtib etmək üçün istifadə etdiyi indeks kartlarının rənglərindən irəli gəlir.[6]

Fuşya rənginin adı botanik Leonart Fuksin şərəfinə adlandırılan Fuchsia bitkisindən götürülmüşdür.

2016-cı ilin avqustunda bəzi media orqanları GitHub-da yayımlanan sirli mənbə kodu anbarı haqqında məlumat verdi və Google-un Fuchsia adlı yeni əməliyyat sistemi hazırladığını bildirdi. Kod haqqında heç bir rəsmi açıqlama verilmədi, lakin kodun analizi onun müxtəlif cihazlarda — avtomobillərdəki məlumat-əyləncə sistemlərində, işıqforlarda, rəqəmsal saatlarda, smartfonlarda, planşetlərdə və kompüterlərdə işləyə bilmə qabiliyyətini ortaya çıxartdı. Onun arxitekturası əvvəllər Magenta adlanan unikal Zirkon nüvəsinə görə Linux əsaslı AndroidChromeOS-dan tamamilə fərqlənir.[7][8][9][10][11][12]

2017-ci ilin may ayında Ars Technica Fuchsia-nın yeni istifadəçi interfeysi haqqında yazdı, bu interfeys avqust ayında ilk dəfə təqdim edilən komanda sətri interfeysinin təkmilləşdirilməsi idi. Tərtibatçılardan biri Fuchsia-nın "oyuncaq və ya yan layihə olmadığını və bunun artıq əhəmiyyət vermədikləri ölü layihə olmadığını" bildirdi. Fuchsia-nı test edə bilən istifadəçilər "heç bir şey etməyən interfeyslər"lərə görə heç bir şeyin işləmədiyini bildirdilər. Onlar Fuchsia-nın interfeysi ilə Android arasında "Son Proqramlar", Parametrlər menyusu və eyni anda birdən çox proqrama baxmaq üçün bölünmüş ekran görünüşü kimi bir çox oxşarlıqlar tapdılar.[13][14] Bir çox media orqanı layihənin Android ilə sıx əlaqəsi olduğunu yazırdı və bəziləri bunun Fuchsia-nın Android-i problemlərini həll etmək üçün "yenidən yaratmaq"[15] və ya dəyişdirmək[16][17][18] cəhdi ola biləcəyini düşünürdülər.[13]

  1. https://www.monde-diplomatique.fr/2022/01/O_NEIL/64221.
  2. https://fuchsia.dev/whats-new/release-notes/f20.
  3. "Fuchsia". GitHub. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  4. Matte, Daniel. "Open-Source Clues to Google's Mysterious Fuchsia OS". IEEE Spectrum. Institute of Electrical and Electronics Engineers (IEEE). April 10, 2017. March 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 4, 2019.
  5. chrismckillop. "Pink was an OS project started by Apple in 1988 (became Tailgent). Purple was the codename of the original iPhone OS. [...]" (Tweet). 2021-05-25. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.
  6. Hormby, Tom. "Pink: Apple's First Stab at a Modern Operating System". Low End Mac. 2014-04-27. 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.
  7. McGrath, Roland. "[zx] Magenta -> Zircon". zircon - Git at Google. 12 September 2017. July 11, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 September 2017.
  8. Etherington, Darrell. "Google's mysterious new Fuchsia operating system could run on almost anything". TechCrunch. AOL. August 15, 2016. June 5, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 5, 2016.
  9. Fingas, Jon. "Google's Fuchsia operating system runs on virtually anything". Engadget. AOL. August 13, 2016. February 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 5, 2016.
  10. Szász, Attila. Dive into Magenta: fuzzing Google’s new kernel. Hacktivity. November 8, 2017. May 18, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2023YouTube vasitəsilə.
  11. "Google's Fuchsia OS Magenta Becomes Zircon - Phoronix". May 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2018.
  12. Vaughan-Nichols, Steven J. "Google Fuchsia is not Linux: So, what is it and who will use it?". ZDNet. September 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 18, 2018.
  13. 1 2 Amadeo, Ron. "Google's "Fuchsia" smartphone OS dumps Linux, has a wild new UI". Ars Technica. Condé Nast. May 8, 2017. September 26, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2017.
  14. Altavilla, Dave. "Google's Mysterious Fuchsia OS Developer Site Debuts With New Fascinating Details". Forbes. 30 June 2019. 29 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 August 2019.
  15. Fingas, Jon. "Google's mysterious Fuchsia OS looks like an Android re-do". Engadget. AOL. May 8, 2017. February 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2017.
  16. Gartenberg, Chaim. "Google's mysterious new Fuchsia OS has a UI now". The Verge. Vox Media. May 8, 2017. June 5, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2017.
  17. Davenport, Corbin. "Google's "Fuchsia" operating system is taking shape with a new design". Android Police. May 8, 2017. October 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2017.
  18. "First Look at all new Fuchsia OS from Google". IB Computing. IB Computing. January 18, 2018. July 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 18, 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]