Grumman | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | məhdud məsuliyyətli cəmiyyət |
Sənaye | Aviasiya sənayesi |
Təsis tarixi | 6 dekabr 1929 |
Bağlanma tarixi | 1994 |
Varis | Northrop Grumman |
Struktur | |
İşçi sayı |
|
Ana şirkət | Northrop Grumman |
Vikianbarda əlaqəli mediafayllar |
Grumman, (The Grumman Aircraft Engineering Corporation, sonra Grumman Aerospace Corporation) mərkəzi ABŞ-də yerləşən, hərbi və mülki aviasiya texnikası istehsalı sahəsində fəaliyyət göstərən, 1994-cü ildə Northrop ilə birləşərək Northrop Grumman adını alan şirkətdir.[1] Şirkət 6 noyabr 1929-cu ildə Leroy Grumman (1895–1982), Jake Swirbul (1898–1960) və William Schwendler (1904-1978) tərəfindən yaradılmışdır. ABŞ donanması ilə bağladığı müqavilə ilə bağlı olaraq istehsal etmiş olduğu bir çox hərbi təyyarə istehsal etmiş şirkət,[1] birləşmədən əvvəl hərbi təyyarələrdən başqa təyyarə hissələri və avadanlıqları, data, axtarış və naviqasiya sistemləri, yük maşınları və avtobuslar, elektrik avadanlıqları və vəsaitləri, kosmik gəmi kimi çoxsaylı məhsullar istehsal edirdi. Ay modulu da Grumman tərəfindən istehsal edilmişdir.[1]