Qəhrəman partizan | ||
---|---|---|
Guerrillero Heroico | ||
| ||
Rəssam | Alberto Korda | |
Tarixi | 5 mart 1960-cı il | |
Üslubu | Fotoqrafiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Guerrillero Heroico — marksizm inqilabçısı Çe Qevaranın təsvir olunduğu əlamətdar fotoqrafiya, müəllifi Alberto Kordadı. Foto 1960-cı il martın 5-də Havanada keçirilən "La Coubre" teploxodunun partlayış qurbanlarının xatirəsinə olan mitinqdə çəkilib. Foto Leica M2 fotoaparatı ilə Kodak şirkətinə məxsus olan lentə çəkilib.
1960-cı illərin sonlarında Çe Gevara inqilabi fəaliyyətini dəyandırdı və edamı edildi, onun gördüyü işlərlə birlikdə şəkil Çe Qevaranın xarizmatik və ziddiyyətli obrazını "Mədəni ikona"ya çevirdi. Sonralar Korda deyirdi ki, Çe Qevaranın şəkildəki üz mimikası onun "qəti barışmazlığı" və möhkəm xarakterini ifadə edir.
"La Coubre" yük gəmisi 4 mart 1960-cı ildə Havana limanında boşaldılması zamanı partlamışdır. Partlayış zamanı yüzdən çox insan həlak oldu və daha iki yüzü xəsarət aldı. O vaxt sənaye naziri olan Ernesto Qevara partlayış zamanı aqrar islahatlar milli institutunda idi, hadisə baş verən kimi dərhal limana gəldi və bir neçə saat ərzində yaralılara tibbi yardım göstərərək xilasetmə əməliyyatında iştirak etdi.
Ertəsi gün, martın 5-də Kuba inqilabının lideri Fidel Kastro MKİ-ni partlayış törətməkdə ittiham etdi. Terror aktı qurbanlarının xatirəsinə matəm mitinqi və sonrakı Malekon bulvarından Kolon qəbiristanlığına olan marş zamanı Fidel nitqində sonradan məşhur olacaq "Vətən ya ölüm" (isp. Patria o Muerte) kəlməsini səsləndirdi. Kastronun rəsmi fotoqrafı Alberto Korda saat 11:20-də Qevaranın bir neçə saniyə kadra düşdüyü vaxt şəklini çəkdi.
Çe Qevaranın beretində fərqlənmə əlaməti olan Xose Martinin ulduzu görünür. O, ona 1957-ci ilin iyulunda "komandante" rütbəsi ilə birlikdə Fidel Kastro tərəfindən verilmişdi.
Korda öz şəklinə ictimai mülkiyyət statusunu verdi və heç vaxt müəlliflərə ayrılan məbləğı istəmirdi, hərçənd onilliklər boyu şəkil və onun müxtəlif formaları müxtəlif medialarda istifadə olunurdu,
amma fotoqraf portretin kommersiyalaşdırılmasını istəmirdi və Smirnoff araq fırmasını onu reklamda istifadə etdiyi üçün məhkəməyə verdi (məhkəməyədək sazişin nəticəsində alınan əlli min dollar Kuba səhiyyə sisteminə ianə edildi). Fotonun qeyri-qanuni istifadəsini şərh edərkən, rəssam bildirmişdi:
"Çe Qevaranın uğrunda vəfat etdiyi ideyaların tərəfdarı kimi mən onun xatirəsini və sosial ədalət işini yaymaq istəyənlərə qarşı deyiləm, amma Çenin fotosunu alkoqol kimi məhsulların irəliləməsində və Çenin adına ləkə gətirəcək istənilən məqsədlərdə istismarına qəti əleyhinəyəm |
Məşhur foto bir çox sənət əsərlərinə təsir göstərmişdir, özü də onlardan bəziləri (məsələn, İrlandiyalı rəssam Cim Fitzpatrikin stilizasiyası) öz növbəsində kult statusu almışdır.