Guns N' Roses

Guns N’ Roses
Loqonun şəkli
Guns N’ Roses Nottingem Arena stadionunda (Nottingem, Böyük Britaniya), may 2012
Guns N’ Roses Nottingem Arena stadionunda (Nottingem, Böyük Britaniya), may 2012
Əsas məlumatlar
Üslub hard-rok
Şəhər Los-Anceles, Kaliforniya
Leybl Geffen Records[d], Uzi Suicide[d], Universal Music Group
Heyət Eksl Rouz
Dizzi Rid
sleş
Ron Bamblfut Tal
Tommi Stinson
Kris Pitman
Riçard Fortus
Frank Ferrer
Keçmiş üzvlər Treysi Hanz
Ole Beyx
Rob Qardner
Stiven Adler
İzzi Stredlin
Brayan Mantia
Gilbi Klark
DJ Ashba
Robin Fink
Mett Sorum
Daff MakKaqan
Coş Friz
Pol Tobias
Buckethead
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Guns N’ Roses — 1985-ci ildə Los-Anceles, Kaliforniyada Axl Rose tərəfindən qurulmuş amerikan rok qrupudur.

Qrup 1987-ci ildə Geffen Records şirkəti tərəfindən buraxılan ilk tam format Appetite for Destruction albomu ilə bütün dünyada məşhurluq qazandı. Guns N’ Roses — albomları bütün dünyada 100 milyondan çox satan ən müvəffəqiyyətli qruplardandır.

"Appetite For Destruction" dünya səviyyəsində 25 milyondan çox sataraq böyük bir müvəffəqiyyət qazandı. Albomun hazırlanan ilk qapağı vəhşilik ehtiva etdiyi üçün musiqi firmaları tərəfindən rədd edilmişdi. Daha sonra Axl Rose'un qolundakı döymənin istifadə edildiyi məşhur üz qabığı yayımlandı. Albom bütün zamanların ən çox satan debut (bir ifaçı və ya qrupun ilk albomu) albomu olma xüsusiyyətini də daşıyır. Albom bütün dünyada musiqi siyahılarının zirvəsinə yerləşərkən qrup da dünya səviyyəsində konsertlər verməyə başlamışdı. Bu gün bir klassik sayılan albom hələlik nüfuzlu musiqiçilər tərəfindən gəlmiş keçmiş ən yaxşı hard rok albomu qəbul edilir. Albom, 25 il sonra bu gün yeni nəsil rok musiqiçilərinin də ilham qaynağı olmaqdadır. Albom 1980-ci illərin ən yaxşı hard rok albomu olmaqla birlikdə 1980-ci illərdə çıxarılan ən yaxşı 5 albom içindədir. Bu albomdan çıxan əhəmiyyətli single parçalar "Sunrise" "Welcome to the Jungle", "Sweet Child O'Mine", "Paradise City" və "Nightrain" musiqi siyahılarında ən üst sıralarda yer alırdı. Albom Amerikanın ən əhəmiyyətli musiqi siyahısı Billboard Top 100-də 5 həftə 1 nömrədə qalaraq bir rekord qırmışdır. "Sweet Child O'Mine" isə siyahılarda 1 nömrəyə çıxdı və Guns N 'Roses 80-ci illərdə mahnısı 1 nömrəyə çıxan 3 hard rok qrupundan biri oldu. Eyni il G N'R o zamanların nəhəng qrupları Mötley Crüe, Alice Cooper, Iron MaidenAerosmith kimi nəhəng qruplarla birlikdə çıxış edirdi. Guns N 'Roses Amerikaya bomba kimi düşmüş, sanki ortalığı qarışdırmışdı. 80'lərin məşhur qruplarından Warrant, Ratt və Poison kimi qrupların əksinə isə G N'R glam rockdan daha fərqli olaraq daha sərt, daha aqressiv lakin daha duyğulu idi. Bunun üzərinə G N'R-ın musiqi keyfiyyətinin üstünlüyü ilə əlavə qruplar arasındakı fərq dərhal aydın hiss olundu və bu qruplar dərhal ikinci plana keçdi.

1989-cu ildə Guns N 'Roses eyni anda 2 albomuyla birlikdə "Billboard Top 5" siyahısına girən ilk qrup olmuşdur. Bu o zamana qədər heç bir Heavy Metal qrupunun bacara bilmədiyi bir müvəffəqiyyət idi. Eyni il Axl Rose ikinci dəfə Rolling Stone dərgisinin üz qabığında yer almışdı. 1989-cu ildə qrup Amerikan Musiqi Mükafatlarında ən yaxşı Hard Rok albomu (Appetite For Destruction) və ən yaxşı hard rok mahnısı ("Paradise City") mükafatlarını qazandı. Qrup 1989-cu ildə Rolling Stones ilə birlikdə uzun bir turneyə çıxdı. Qrup 1990-cı ili studiyada keçirdi. Yalnız bir neçə dənə kömək məqsədli konsert verdilər. 1991-ci ilin ilk aylarını studiyada keçirən qrup daha sonra bu ilin ortasına doğru "Use Your Illusion World Tour 91–93"-u başlatdı. 1991-ci ildə Sent-Lüis'də konsert zamanı Axl Rose davamlı olaraq şəkil çəkən bir tamaşaçının üzərinə hücum çəkdi və böyüyən hadisələrdə 40 adam yaralandı. Daha sonra 1992-ci ildə Axl Rose bu hadisə səbəbiylə tutulmadan sərbəst buraxıldı.

Qrupun aldığı bəzi mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • 1988 — İlə ən yaxşı başlayan qrup (MTV VMA)
  • 1988 — İlin ən yaxşı heavy metal qrupu (Kerrang Magazin)
  • 1989 — Ən yaxşı rok sinql "Sweet Child O'Mine" (Amerikan Musiqi Mükafatları)
  • 1989 — Ən yaxşı hard rok video "Sweet Child O'Mine" (MTV VMA)
  • 1989 — Ən yaxşı hard rok qrupu (RIP Magazin)
  • 1990 — Ən yaxşı hard rok qrupu (Amerikan Musiqi Mükafatları)
  • 1990 — Ən yaxşı hard rok albomu "Appetite For Destruction" (Amerikan Musiqi Mükafatları)
  • 1990 — Ən yaxşı hard rok mahnısı "Paradise City" (Amerikan Musiqi Mükafatları)
  • 1991 — Ən yaxşı hard rok qrupu (Kerrang)
  • 1992 — Ən yaxşı hard rok qrupu (Amerikan Musiqi Mükafatları)
  • 1992 — Ən yaxşı video klip "November Rain" (MTV VMA)
  • 1992 — Ən yaxşı konsert qrupu (Hit Parader)
  • 1993 — Ən çox albom satan hard rok qrupu (World Music Awards)
  • 2001 — "Rock in Rio" festivalının ən yaxşı qrupu
  • 2008 — İlin ən yaxşı 3-cü albomu "Chinese Democracy" (Classic Rock Magazine)

Appetite For Destruction dövrü — (1985–1990)

[redaktə | mənbəni redaktə et]
  • Axl Rose
  • Slash
  • Izzy Stradlin
  • Duff Mckagan
  • Steven Adler

Use Your Illusion dövrü — (1990–1995)

[redaktə | mənbəni redaktə et]
  • Axl Rose
  • Slash (1995-ci ildə qrupdan ayrıldı)
  • Izzy Stradlin (1991-ci ildə qrupdan ayrıldı)
  • Duff McKagan
  • Gilby Clarke (1991-ci ildə qrupa qatıldı)
  • Matt Sorum
  • Dizzy Reed

Geriləmə dövrü (1996–2001)

[redaktə | mənbəni redaktə et]
  • Axl Rose
  • Dizzy Reed
  • Paul Huge Tobias (1994–2001)
  • Robin Finck (1998–2008)
  • Tommy Stinzon
  • Buckethead (2000–2005)
  • Josh Freeze (1997–2000)
  • Brian Mantia (1998–2006)

İndiki üzvlər

[redaktə | mənbəni redaktə et]
  • Axl Rose (vokal, pianino, gitara)
  • Dizzy Reed (pianino, klaviş)
  • Tommy Stinson (bas gitara)
  • Ron "Bumblefoot" Thal (gitara)
  • Richard Fortus (gitara)
  • Slash (gitara)
  • Frank Ferrer (baraban)
  • Chris Pitman (klavişlər)

Qrupun çıxardığı albomlar və ABŞ-dakı rəsmi satış rəqəmləri (milyon/ədəd)

[redaktə | mənbəni redaktə et]
  • Live Like A Suicide (EP) (1986) 10.000
  • Appetite For Destruction (1987) 20 milyon
  • GN'R Lies (1988) 6 milyon
  • Use Your Illusion 1 (1991) 8 milyon
  • Use Your Illusion 2 (1991) 8 milyon
  • The Spaghetti Incident? (1993) 2 milyon
  • Live Era 87–93 (1999) 1 milyon
  • Greatest Hits (2004) 5 milyon
  • Chinese Democracy (2008) 1.6 milyon