kənd | |
Gödəkbulaq | |
---|---|
40°09′50″ şm. e. 45°34′20″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Basarkeçər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.950 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Gödəkbulaq — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd.[2][3]
Rayon mərkəzindən 15 km cənub-şərqdə, Göyçə gölünün cənub-şərq tərəfində yerləşir.
Toponim Azərbaycan dilində "qısa, uzun olmayan" mənasında işlənən gödək və bulaq hidroterminin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12. VIII.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qarcaxpyur (Gödəkbulaq) qoyulmuşdur. Digər adı Xırdabulaq. Azərbaycan dilindəki ködək, "qısa", "kiçik" sözündəndir.
Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərinə kimi burada yalnız Azərbaycan türkləri yaşamışdır. Türkmənçay sülh müqaviləsindən sonra1828–1829-cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. Kənddə 1886-cı ildə 26 nəfər azərbaycanlı yaşamışdır[4]. 1890-cı illərdə azərbaycanlılar buradan tamamilə çıxarılmış, təkcə ermənilər qalmışdır. İndi burada yalnız ermənilər yaşayır. XIX əsrin II yarısında xaricdən gəlmə ermənilər kənddə yerləşmiş və azərbaycanlılar tədricən sıxışdırılıb çıxarılmışdır.[5]