Göyümtülyarpaq dovşanalması

Göyümtülyarpaq dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Göyümtülyarpaq dovşanalması (lat. Cotoneaster glaucophyllus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Çindir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Cavan budaqları tükcüklü, qabığı qırmızı-qəhvəyi rənglidir. Yarpaqları ellipsvari uzunsov, 2-6 sm uzunluğunda, 1,5-3 sm enindədir. Üst səthi tünd-yaşıl rəngli, parlaq, alt səthi isə göyümtül tükcüklüdür. Yarpaq saplağı 3-6 mm uzunluğundadır. Çiçək salxımı 4-5 sm diametrində olub, 9-13 ədəd çəhrayı-bənövşəyi çiçək qrupundan təşkil olunmuşdur. May ayında çiçəkləyir, toxumları noyabr ayında yetişir. Meyvəsi dairəvi, qırmızı-rəngli, 5-7 mm diametrindədir, yetişən zaman tünd qırmızı rəng alır. Toxumla çoxalır. Meyvələri uzun müddət kolun üzərində qalır.

Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda yayılışdır.

Meyvələrinin və yarpaqlarının rənginə görə çox dekorativdir. Başqa ağac və kolların fonunda tək-tək və qrup halında əkilməsi məqsədyönlüdür.