Gözlənilən bir qətlin tarixçəsi (roman)

Gözlənilən bir qətlin tarixçəsi
isp. Crónica de una muerte anunciada
Müəllif Qabriel Qarsiya Markes
Janrlar triller
Orijinalın dili ispanca
Ölkə
Orijinalın nəşr ili 1981
Tərcüməçi Əkrəm Əylisli
Nəşr 1993
Növ roman
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gözlənilən bir qətlin tarixçəsi (isp. Crónica de una muerte anunciada) – Qabriel Qarsiya Markesin 1981-ci ildə nəşr olunmuş romanıdır.

Roman 21 yaşlı ərəb mənşəli kolumbiyalı gənc Santyaqo Nasarın qətlindən bəhs edir. Əhvalat şəhərə 27 il sonra bu hadisəni araşdırmaq üçün qayıdan müəllif tərəfindən nəql edilir.

Santyaqo Nasar səhər saat 5:30-da yuxudan durub, şəhərə gəmi ilə gələn yepiskopu görməyə hazırlaşır. Santyaqo keçən gecə bütün şəhər əhlinin iştirak etdiyi Bayyardo San Roman ilə Anxela Vikarionun toyundakı sərxoşluqdan sonra sustluq keçirir. Evdən çıxmazdan qabaq, o anası Plasido Lineroya gecə gördüyü yuxusunu danışır. Yuxuda Santyaqo əncirlikdə gəzişdiyini görür. Yuxuda ağacları görmək pis əlamətdir, ancaq Plasida Linero, təcrübəli yuxuyozan olmağına baxmayaraq, buna fikir vermir.

Santyaqo şəhər sakinləri ilə birlikdə yepiskopu qarşılamaq üçün limana yola düşür. Şəhərlilərin çoxusu özləri ilə xoruz aparır, çünki deyildiyi kimi yepiskopun ən çox sevdiyi xörək xoruz pipiyindən bişirilmiş şorbadır. Gözlənildiyinin əksinə, yepiskopun gəmisi limanda dayanmır, və o sadəcə göyərtədə durub, sakinlərə əl eləyir. Yeni evlənmiş Anxela Vikarionun qardaşları, Pedro və Paolo da limana gəlir. Onlar Santyaqonu öldürmək niyyətindədir.

Bundan sonra ötən gecə keçən toy təsvir edilir. Toydan sonra Bayyardo və Anxela yeni evlərinə gedir, ancaq Bayardo Anxelanın bakirə aşkar edib, onu valideyinlərinin evinə qaytarır. Pablo və Pedro ondan "ismətinin" kim tərəfindən pozulduğunu soruşur, və Anxela, Santyaqo Nasarın adını çəkir. Qardaşlar ailənin namusunu bərpa etmək üçün, Santyaqonu öldürmək qərarına gəlirlər.

Onlar şəhəri gəzib, Santyaqonu öldürmək üçün axtardıqlarını hamıya deyirlər. Göründüyü kimi, onlar gizlicə Santyaqonun hazırlanan qətl haqqında xəbər alıb qaçmasına ümid edir. Ancaq şəhər sakinlərinin heç biri qardaşların Santyaqonu öldürmək niyyətini ciddi qəbul etmir, və beləliklə, Santyaqonu xəbərdar edən olmur. Polis Vikario qardaşlarının əlindən bıçaqları alıb, onları yatmağa göndərir. Ancaq onlar evdən başqa silah götürüb, saat 4:30-da Santyaqonun evinin qabağındakı dükanda oturub, onun yepiskopu qarşılamaq üçün çıxmasını gözləyirlər. Santyaqo arxa qapıdan çıxır, və qardaşlar onu axtarmaq üçün limana yollanırlar.

Bundan sonra Santyaqonun ölümündən sonrakı onun meyitinin yarılması təsvir edilir. Onun daxili orqanlarının Vikario qardaşlarının yetirdiyi çoxsaylı bıçaq zərbələrindən təmamilə məhv edildiyi bildirilir.

Qardaşlar girov ödəmək üçün pulları olmadığından, istintaqın sürdüyü üç ili həbsdə keçirməli olur. Onlar Santyaqo öldürdüyünü boyunlarına alır, ancaq bunu namus üstündə etdiklərini irəli sürərək, özlərinin günahsız olduğunu bildirir. Məhkəmə onlara bəraət qazandırır.

Santyaqonun ölümündən sonra Anxela anası ilə başqa şəhərə köçür. Anxela Bayyardo San Romanı sevdiyini aşkar edir və ona uzun illər boyu sevgi məktubları yazır, ancaq heç bir cavab almır. Nəhayət, illər sonra Bayyardo onun yanına qayıdır və Anxelanın iki minə yaxın açılmamış məktubunu göstərir.

Roman Santyaqonun öldürülməsinin təsviri ilə bitir. Yepiskop gedəndən sonra, Santyaqonun qətlinin hazırlaşdığını bilən şəhər sakinləri onun evinin qabağındakı meydana yığışır. Santyaqo nişanlısı Flora Migelin evinə gəlir, və burada Floranın atası Vikario qardaşlarının Santyaqonu öldürmək istədiyini ona deyir. Çaşmış Santyaqo buna tam olaraq inanmır, və evinə yollanır. O meydana çatanda, dükanın sahibəsi Klotilde Armenta onu evə qaçmağa səsləyir, ancaq Plasida Linero səhvən oğlunun artıq içəridə olduğunu düşündüyündən, həyət qapısının cəftəsini bağlayır. Santyaqo içəri girə bilmir və Vikario qardaşları onu bıçaqlayıb öldürürlər.

Əsərdə Anxela Vikarionun bakirəliyinin kim tərəfindən pozulduğu açıqlanmır. Şəhər sakinlərinin əksərriyəti bunun Santyaqo Nasarın olduğuna inanmır. Bəziləri fərz edir ki, Anxela Nasarın adını öz gizli məşuqunu xilas etmək üçün çəkmişdir.

Şərhçilər Anxelanın bakirəliyinin öz atası Ponsio ilə insest əlaqəsində olması səbəbindən pozulduğunu bildirir. Buna sübüt olaraq Santyaqonun ölümündən sonra Ponsionun "tez bir zamanda dərddən dünyasını dəyişməsi" göstərilir[1].

Entoni Börcess əsərin ustalıqla yazıldığını etiraf edib, Markesi romanda "ümumi perspektiv" vermədiyi və "konservativ axmaqlığın bataqlığından çıxara biləcək bir insan qüvvəsi" göstərməməsi üçün tənqid etmişdir[2].

Azərbaycan dilinə tərcüməsi

[redaktə | mənbəni redaktə et]

Roman Azərbaycan dilində Əkrəm Əylislinin ruscadan tərcüməsində ilk dəfə 1982-ci ildə (təkrar olaraq 2011-ci ildə) çap olunmuşdur və Markesin Azərbaycan dilinə mövcud tərcümələri arasında ən uğurlusu kimi dəyərləndirilmişdir[3] . Əyilisli əsəri Markeslə onun arasında temperament yaxınlığı olması səbəbindən və Azərbaycan yazıçılarının mahir bir təhkiyə, yazıçı texnikası ilə tanış olmaları üçün tərcümə etdiyini bildirmişdir.

  1. Christie, John S. "Fathers and Virgins: García Márquez's Faulknerian Chronicle of a Death Foretold." Latin American Literary Review 21.41 (İyun 1993)
  2. Burgess, Anthony. "Macho in Minor Key." New Republic Arxivləşdirilib 2007-10-20 at the Wayback Machine (2 may 1983)
  3. Səlim Babullaoğlu. Dünyanın ən gözəl təsiri Arxivləşdirilib 2017-01-24 at the Wayback Machine 525-ci qəzet