Gözəl katalpa

Gözəl katalpa
Elmi təsnifat
Beynəlxalq elmi adı

Gözəl katalpa (lat. Catalpa speciosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii şəraitdə Qərbi Çinin subtropik və isti iqlimli ərazilərindəki meşələrdə, Şimali Amerikanın şərqində bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Sıx, geniş, piramidal çətirə malik, hündürlüyü 30 m-ə çatan, qamətli ağacdır. Gövdəsinin üzəri boz, qalın təbəqəli qabıqla örtülmüşdür. Yarpaqlarının uzunluğu 30 sm, eni 15 sm, iri, üst səthi hamar, parlaq-yaşıl, alt səthi seyrək tüklü olub, uzun saplaqlarda yerləşir.Çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır, diametri 7 sm, uzunluğu 15-20 sm olub, iri, gözəl, açıq-sarı, ağımtıl-çəhrayı rəngli, kənarları dalğalıdır. Meyvəsi silindrik, uzunsov, təpəsinə doğru getdikcə daralan, dərivari, bərk, tünd-qonur rəngli, açılan qutucuqdur və 2 taylıdır. Toxumu hamar, qanadlı, uzunsov-xətvari, hər iki ucunda saçaqlı, açıq-qonur, bərk, xırda, uzunluğu 24-31 mm, eni 6-8 mm, qalınlığı 0,3 mm-dir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Toxumla, qələmlə, kök pöhrələri ilə çoxaldılır.

İşıq və rütubətsevən, şaxtayadavamlı bitkidir, quraqlıqdan əziyyət çəkir. Küləkdən qorunan yerdə əkildikdə bitki şaxtadan az zədələnir, çayların və göllərin sahillərində, çox nəmişli, zəngin torpaqlarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazda rast gəlinir.

Dekorativ keyfiyyətlərinə — iri, gözəl yarpaqlarına, ətirli çiçəklərinə, meyvələrinə və şəhər şəraitinə davamlılığına görə yaşıllaşdırmada tək və qrup əkinlərində, alleyalarda geniş istifadə edilir.