Gözəl telekiya

Gözəl telekiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Gözəl telekiya (lat. Telekia speciosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin telekiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3cd; B2b(ii, iii) c (ii, iii). Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri

[redaktə | vikimətni redaktə et]

90-200 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqlar iri, yuxarıdan tünd-yaşıl, demək olar çılpaq, altdan dahasolğun, nazik, zəif tüklənmişdir. Aşağı yarpaqlar qısa saplaqlarda yerləşir, enli-yumurtavari-ürəkvari, ikidişli, sivri şəkildə; yuxarı yarpaqlar isə oturaq, uzunsov-yumurtavari, sivri, sadə ya damişarvari şəkildədir. Çiçək səbətləri iridir. Örtücük 2-2,5(3) sm enində, yarpaqlar iri, tünd-yaşıl, çılpaq uzunsov və ya uzunsov-yumurtavari, küt, başlıqda aralanmışdır. Toxumcaları 4-6 mm uzunluğunda, ensiz-silindrik, çılpaq, şırımlı şəkildə olur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Çiçəklənmə və meyvəgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Toxumla çoxalır. Orta dağ və subalp qurşaqlarının meşələri, hündür otluq və dağ çəmənlərində rast gəlinir, quraqlığa davamlıdır. Drman və dekorativ bitkidir.

Böyük Qafqazın qərb hissəsi (Qax rayonu – İlisu kəndi, Zaqatala rayonu), Kiçik Qafqazın şimal (Gədəbəy rayonu — Qala kəndi; Göygöl rayonu — Murud kəndi, Göygöl ətrafı; Kəlbəcər rayonu — Yuxarı Ayrım kəndi) və mərkəzi hissələri.

Sayı və tendensiyası

[redaktə | vikimətni redaktə et]

Populyasiyanın ehtiyatı azalır. Antropogen təsirlər populyasiyanın azalma tendensiyasını yaradır .

Məhdudlaşdırıcı amillər

[redaktə | vikimətni redaktə et]

Populyasiyanın zəif təkrarlanması və antropogen təsirlər 9otarılma, tapdalanma, əhali tərəfindən yığılması).

Mühafizə tədbirləri

[redaktə | vikimətni redaktə et]

Göygöl və Zaqatala Dövlət Təbiət Qoruuqlarında qorunur. Yayıldığı ərazilrin tam qorunması, introduksiyası təklif olunur.