Gülablı (Abaran)

kənd
Gülablı
40°34′49″ şm. e. 44°29′07″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Abaran mahalı
Rayon Abaran rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 13,25 km²
Mərkəzin hündürlüyü 2.025 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 305 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0304
Xəritəni göstər/gizlə
Gülablı xəritədə
Gülablı
Gülablı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gülablı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.[2][3][4]

Rayon mərkəzində 14 km məsafədə, Ortulu dağın ətəyində yerləşir. Erməni mənbələrində kəndin adı Gülaplı, Gülab, Gülabdı formalarında da qeyd edilir[5]. "İrəvan əyalətinin icmal dəftəri"ndə Güləbdi formasında[6], Qafqazın 5 verstlik xəritəsində Gülablı kimi[7] qeydə alınmışdır.[8]

Toponim gülablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Dzoraqlux (Dərəbaş) qoyulmuşdur.

XIX əsrin 70-ci illərində kəndə ermənilər məskunlaşmış və azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1886-cı ildə kəndin əhalisi erməni idi. XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə Gülabudur[9]. Azərbaycanda Gülablı dağı və Gülablı kəndi (Ağdam rayonu) adları ilə mənşəcə eyni olsa da mə'nası mə'lum deyil.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
  4. Боченкова Ю. И. Словарь географических терминов и других слов, встречающеся в топопнимии Горно-Алтайской автономной области. М. 1969. .
  5. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.4
  6. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.110
  7. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.70
  8. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝүлаблы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  9. Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958. .