Güllücə (Kotayk)

Kənd
Güllücə
40°12′22″ şm. e. 44°41′37″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Qırxbulaq mahalı
Rayon Ellər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.650 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 901 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Güllücə xəritədə
Güllücə
Güllücə

Güllücəİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[2]

Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim «güllü, çiçəkli» mənasını bildirən güllü sözünə -cə şəkilçisinin artırılması ilə düzəlib. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovk qoyulmuşdur.

Kənddə 1873 - cü ildə 273 nəfər, 1886-cı ildə 397 nəfər, 1897-ci ildə 524 nəfər, 1904 - cü ildə 516 nəfər, 1914 - cü ildə 846 nəfər azərbaycanlı yaşamışdır[5].

1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. Sonradan azərbaycanlıların az bir hissəsi öz evlərinə dönə bilmişdir. Burada 1926-cı ildə ermənilərlə yanaşı 21 nəfər azərbaycanlı yaşamışdır[6].

1929-1930 - cu illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından tamamilə qovulmuşlar. İndi burada ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.80
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.71
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46-47, 126-127
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46-47