Gündəlik dövr — Yer planetinin öz oxu ətrafında tam fırlanması nəticəsində hər 24 saatdan bir təkrarlanan dövrdür.[1] Yerin fırlanması gecə-gündüz yer səthinin temperaturunun dəyişməsinə, eləcə də il boyu hava dəyişikliklərinə səbəb olur. Gündəlik dövr əsasən Yerin qəbul etdiyi Günəş radiasiyasından asılıdır.[2]
İqlimşünaslıqda gündəlik dövr gündəlik temperatur və yağıntı ilə birlikdə iqlim dəyişkənliyinin ən fundamental formalarından biridir.[1]