Günter xəstəliyi | |
---|---|
XBT-10-KM | E80.0 |
XBT-9 | 277.1 |
OMIM | 263700 |
DiseasesDB | 3048 |
MeSH | D017092 |
![]() |
Günter xəstəliyi — eritropoetik porfiriya. Xəstəlik 1991-ci ildə bu xəstəliyi araşdrmış alman həkimi Qans Günterin şərəfinə adlandırılmışdır. Cox nadir hallarda rast gəlinir: 1000000 yeni doğulmuşlardan yalnız birində rast gəlinə bilər.
Xroniki fotohəssaslıq, dərinin zədələnməsi, qırmızı qan hüceyrələrinin dağılması. Gün işığı dərilərini zədələdiyindən xəstələr gün işığından qorunurlar, həmçinin onlarda kəskin diffuz hiperterioz, yara izləri və eritrodontiya müşahidə olunur(dişlərin qırmızı rəngə boyanması). Çox vaxt xəstəlik erkən yaşlarda bəzən isə daha gec (3–4) yaşlarında müşahidə olunur. Eritrositlərin normal klonlaşması ilə bərabər, xəstələrdə patoloji klonlaşmada gedir ki, bu da hüceyrələrdə ferment defekti ilə əlaqali olduğu üçün uroprofinin səviyyəsini artırır.
İltihabi proseslər və xoralar qığırdaqları, qulaqları, göz qapaqlarını sıradan çıxardaraq onların deformasiyasına gətirir. Getdikcə insan canlı mumiyaya dönür. Xəstələr bacardıqları qədər günəş şüalarından qorunmalıdırlar. Xəstələrdə həddindən aşırı tüklənmə(hipertrixoz, qaşların və kirpiklərin uzanması(dişin emal və dentinində yüksək dərəcədə porfirinlərin olduğuna görə dişlərin cəhrayı rəngə boyanması müşahidə olunur. Ultrafiolet şüa ilə müşahidə zamanı dişlər qırmızı rəngdə olur. Sidiyin qırmızı rəngdə olması valideynlər üçün ilk aşkar edilmiş simptom ola bilər. Hərdən dalaq və qara ciyərin boyüməsinə rast gəlinir. Hələ uşaq vaxtı xəstəlik ölümlə nəticələnə bilər.
Xəstəlik 10-cu xromosomun uzun qolu 10q26.1-q26.2 lokusunda nadir resessif mutasiya nəticəsində hem metobolizmini pozulması, Uroporphyrinogen III synthase fermentinin az ifraz olduğu üçün dərinin günəş şüalarına qarşı hədsiz həssas olması ilə nəticələnir
Ümumi müalicəsi yoxdur. Bəzi mənbələrdə ilik transplantasiyası ilə xəstələrin müalicə olduğuna dair məlumatlar vardır. Lakin xəstənin həyatı üçün təhlükəli olan infeksion ağırlaşmalar bu yolnan müalicəyə hələ ki icazə vermir. Beta-karotin, aktivləşdirilmiş kömür, xolestiramin hətta yüksək doza da belə təsir etmir. Eritrosit kütləsinin köçürülməsi xəstələrin vəziyyətini az da olsa yüngülləşdirir, lakin bu prosedur az bir müddət effektli olur, mütəmadi transfuziyalar isə digər xəstəliklərə tutulma şansını daha da artırır. Xəstələri gün şüalarından qorumaq, müxtəlif gündən qorunma vasitələtindən istifadə etmək mütləqdir. Paltarlar maksimum dərəcə də dərini örtməli, pəncərə və qapılar ultrafiolet şüasından qorunmalı, lüministent lampalardan istifadə məhdudlaşdırılmalıdır