Günəş şəhəri | |
---|---|
it. La città del sole[1] | |
Müəllif | Tomazzo Kampanella[1] |
Orijinal dili | latın dili, italyan dili |
Yazılma ili | 1602 |
Nəşr ili | 1623 |
Vikianbarda əlaqəli mediafayllar |
Günəş şəhəri (it. La città del sole; lat. Civitas solis) — italyan dominikan filosofu Tommazo Kampanellanın fəlsəfi əsər. Bu, mühüm utopik əsərdir. Əsər 1602-ci ildə, Kampanellanın bidət və fitnəyə görə həbsindən az sonra italyan dilində yazılmışdır. Latın versiyası 1613-14-cü illərdə yazılmış, 1623-cü ildə Frankfurtda nəşr edilmişdir.
Kitab "Cəngavər Hospitalyer Qrossmeysteri ilə Genuya Dəniz Kapitanı" arasında dialoq kimi təqdim olunur. Platonun Dövlət və Timey əsərlərindəki Atlantidanın təsvirindən ilhamlanaraq, əmlakın, qadınların və uşaqların bərabər olduğu teokratik cəmiyyəti təsvir edir. O, həmçinin astroloji sehrli ərəb qrimuarı olan Pikatriksdəki Adosentin şəhərinə bənzəyir. Əsərin son hissəsində Kampanella astrologiyanın üstüörtülü dili ilə xəbər verir ki, ispan kralları Papa ilə ittifaqda İlahi Planın alətləri olacaqlar: Həqiqi İnamın yekun qələbəsi və onun bütün dünyada yayılması.