Gürcüstan yunanları (gürc. ბერძნები საქართველოში) — Gürcüstan Respublikasının ərazisində yaşayan etnik yunanlara verilən ad. Cənubi Qafqazda Ermənistan və Azərbaycanla müqayisədə ən çox etnik yunanın Gürcüstanda yaşadığı məlumdur. Gürcüstan xüsusi ilə Qafqaz yunanları olaraq tanınmış xalqın əsas vətəni sayılır. Pont yunanları olan, Gürcüstan yunanlarının sayı 15 min, 20 min və 100 min[1] kimi müxtəlif rəqəmlərlə ifadə olunmaqdadır.[2] 1989-cu ilin məlumatına əsasən bu say 100 mindən aşağı olmuşdur.[3]
1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından və Gürcüstanın təkrar müstəqillik qazanmasından sonra Gürcüstanda yaşayan etnik yunanlar müxtəlif səbəblərdən ölkəni tərk etməyə başlamışdır. Yunanıstanın, etnik yunan olan şəxsləri öz ölkəsinə dəvət etməsi ölkədəki yunan icmasının azalmasının əsas səbəbi kimi göstərilə bilər. 1991-ci ildən sonra icmanın əhəmiyyətli dərəcədə böyük bir hissəsi isə Rusiyanın Stavropol diyarında məskunlaşmışdır.
Günümüzdə Tbilisi şəhərində Yunan birliyi adlı diaspora təşkilatı və mədəniyyət mərkəzi fəaliyyət göstərməkdədir. Bunlarla yanaşı Gürcüstanda, yunan icmasına xitab edən və yunan dilində nəşr olunan qəzetdə mövcuddur.[4]
In Georgia, the Greek community (approximately 100,000) has maintained its native language…