Gığı | |
---|---|
39°13′12″ şm. e. 46°09′20″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Rayon | Qafan rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.580 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Gığı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.[2][3][4]
Gığı kəndi rayon mərkəzindən 35 km şimal-qərbdə, Kığı çayının sahilində yerləşir. Burada azərbaycanlılarla bağlı X əsrə aid tarixi abidə indi də durur. Mənbədə Kiğı kimidir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Kığı kəngərlərin Sofulu tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdən biridir. Ona görə də digər adı Kiçik Sofulu. Əsli Kiqi. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətində Kukovoy-Kurqan və Kükü-Oba-Daq, Batum əyalətinin Batum dairəsində Kukuti (kənd adı) Tiflis quberniyasında Kükü gölü, Naxçıvanda (Şahbuz r-nunda) Kükü kəndi, Quba qəzasında Kükü dağı, Zəngəzur qəzasında Kükülü dağı toponimləri ilə mə’naca eynidir. Abşeron yarımadasında (Qobustanda) bir palçıq vulkanı Gigidağ adlanır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində Qıqıcan kəndi qeyd olunmuşdur[5][6]. Kıqı dağının adındandır.
Toponim türk mənşəli kiği — kiğili etnonimi[7] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Geği kimi işlədilir.
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda dağ. Hündürlüyü 3343 mdir. Oronim türk mənşəli kiği etnonimi[7] əsasında formalaşmışdır. Etnooronimdir.
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda çay. Mənbəyini Qazangöl gölündən götürür.Hidronim kiği türk etnonimini[7] əks etdirir. Etnohidronimdir.
Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunun Kığı kəndində qala. Qafan şəhərindən 28 km qərbdə, Gığı çayının sağ sahilində yerləşir. Qala uçub dağılsa da, qalıqları indi də durur[8].
Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 191 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 215 nəfər, 1904-cu ildə 569 nəfər, 1914-cü ildə 190 nəfər azərbaycanlı yaşamışdır[9]. 1918-ci ilin martında azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunımuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 335 nəfər, 1926-cı ildə 265 nəfər, 1931-ci ildə 380 nəfər[9], 1939-cu ildə 491 nəfər, 1959-cu ildə 570 nəfər, 1970-ci ildə 932 nəfər, 1979-cu ildə 1115 nəfər azərbaycanlı yaşamışdır[10]. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.