Gənə

Gənə
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Gənə
Beynəlxalq elmi adı

Gənə — tünd qırmızı qəhvəyində yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrində vardırlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Gənə ilə yoluxan xəstəliklər qızdırma, baş ağrısı, əzələ ağrıları, yorğunluq və səpgi də daxil olmaqla geniş spektrli simptomlarla özünü göstərə bilər. Müalicə edilməzsə, ciddi fəsadlara səbəb ola bilər. Əgər dişləndikdən sonra gənə xəstəliyinin əlamətlərini hiss edirsinizsə, diaqnoz və müalicə üçün həkimə müraciət edin.

Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım- Kongo qanamalı qızdırma(KKKA) sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür. KKKA xəstəliyi gənə dişləməsindən 1-3 gün içində (ən çox 9 gün ) qızdırma, qırıqlıq, baş ağrısı, halsızlıq, oynaq ağrıları, iştahsızlıq, bəzən qusma, qarın ağrısı və ishalla başlar. Bədənin dəyişik yerlərində özbaşına yaranan göyərmələr, burun qanaması və qan itirməyə davam edər. Əksəriyyətlə qaraciyər, böyrək və ağciyər qeyri-kafiliyə gətirib çıxarıb %50 nisbətində öldürücü olmaqdadır.

Gənədən qorunmaq üçün açıq və yaşıllıq sahələrdə bədəni tamamilə örtəcək geyimlər geyilməli və açıq rəngli paltarlar seçim edilməlidir. Gənələrin bədənə girə biləcəyi açıqlıqların bağlanılması əhəmiyyətlidir. Çöl sahələrə gedildiyində bədənin açıqda qalan qisimlərinə repellent olaraq bilinən böcək qovucu maddələrin sürtülməsi, gənələrin bir neçə saat bədənə yaxınlaşmalarını maneə törətməkdədir. Bədən gənə cəhətdən tez-tez nəzarət edilməli, gənə varsa bir pens və ya maqqaşla, gənənin dəriyə yapışdığı yerdən tutulub sağa sola oynadılaraq mismar çıxarar kimi çıxarılmalıdır. Gənə bədəndən nə qədər qısa müddətdə çıxarılsa xəstəlik riski də o qədər azalmaqdadır. Heyvan sahibləri heyvanlarını və sığınacaqlarını gənələrə qarşı üsuluna görə dərmanlamalı.[2]

Gənə növləri

[redaktə | mənbəni redaktə et]
  • Qamazid gənələr - Bir qismi sərbəst yaşayır, bir qismi isə parazitlik edir. Çoxalma qabiliyyətləri zəifdir. Dişlədiyi yerlərdə dermatit (kimyəvi, fiziki və bioloji təsirlərdən dəridə baş verən iltihabi proses) əmələ gəlir. Gənə ensefaliti, Yapon ensefaliti, Asiya gənə səpgili yatalağı, taun və s. yoluxdurur;
  • İksoid gənələr - Dünyanın bütün qitələrində rast gəlinir. Əsasən, məməlilərdə parazitlik edir. Gənə ensefaliti, tülyaremiya və s. keçirir;
  • Qırmızıbədən gənələr - Sürfə mərhələləri qırmızı rəngli olduğu üçün belə adlanır. İnsana susu-qamusi xəstəliyini yoluxdurur;
  • Arqazid gənələr - Məməli və quş yuvalarında, insanın yaşadığı yerlərdə yaşayır. Qayıdan yatalaq, səpgili yatalaq, taun törədicilərini gəzdirir;
  • Qoturluq gənəsi - Toxumalara daxil olaraq insanda qoturluq xəstəliyi yaradır. Qoturluq axşam və gecə saatlarında güclənən qaşınma ilə özünü göstərir. Qaşıma gənələrin mexaniki təsirindən deyil, bu parazitlərin ifraz etdiyi maddələrə qarşı allergiya zamanı əmələ gəlir. Epidermisin buynuzlaşmış təbəqəsi altında dişi gənə gündə 2-3 yumurta qoyur. Yumurtalarda sürfələr əmələ gəlir ki, bunlar da 2 həftə inkişaf dövrü keçirdikdən sonra yetkin fərdə çevrilir. Sonra onlar dərinin səthinə qalxır və mayalanır. Erkəklər mayalanmadan sonra məhv olur, dişilər isə ya yenidən öz sahibinin, ya da yeni sahibin dərisinə daxil olur. Yoluxma məişət əşyaları ilə, təmas vasitəsilə, geyim, yataq dəsti və s. ilə bas verir. Dəriyə sürtülən kükürd mazı və benzilben-zoat xəstəliyin müalicəsi üçün əsas preparatlardandır.
  1. Guglielmone A. A., Robbins R. G., Apanaskevich D. A., Petney T. N., Estrada-Peña A., Horak I. G., (not translated to en), Barker S. C. The Argasidae, Ixodidae and Nuttalliellidae (Acari: Ixodida) of the world: a list of valid species names (ing.). // Zootaxa / Z. Zhang Magnolia Press, 2010. Vol. 2528, Iss. 1. P. 1–28. ISSN 1175-5334; 1175-5326 doi:10.11646/ZOOTAXA.2528.1.1
  2. "Arxivlənmiş surət". 2019-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-02.

2. Biologiya 10-cu sinif dərsliyi. Bakı, Şərq-Qərb-2017, 208 səh.