High Definition Multimedia Interface (HDMI) — yüksək dəqiqlikli multimedialar üçün interfeys. Yüksək ayırdetmə dəqiqliyi ilə rəqəmsal video-məlumatların və çoxkanallı rəqəmsal audiosiqnalların nüsxələnmə müdafiəsi (ing.High Bandwidth Digital Copy Protection, High-bandwidth Digital Content Protection) ilə qəbulunu təmin edir.
HDMI konnektoru uyğun olan kabellərin köməyi ilə bir neçə qurğunun rəqəmsal DVI-birləşməsini təmin edir. HDMI ilə DVI-in arasındakı əsas fərq ondan ibarətdir ki, HDMI konnektoru daha az ölçülü və çoxkanallı rəqəmsal audiosiqnal ötürülməsini dəstəkləyir.
Qoşulmanın analoq standartları (SCART və ya RCA) ilə əvəzetməsidir.
HDMI daxilində 4,9–10,2 Qbit/s-ə qədər keçirtə qabiliyyətinə malikdir[1].
Standart kabelin uzunluğu 10 metrə çatır[2], həmçinin uzunluğu 20–35 metrə qədər arta bilər və daha çox xarici gücləndirici-təkrarlayıcılar kimi tətbiq edilir, belə olduqda dərhal kabelə quraşdırılır. Bəzi istehsalçılar maneələrdən müdafiə olunması üçün kabelin başlanğıcında və sonunda ferrit üzüklərdən istifadə edirlər. Xüsusi diqqət yönəltmək lazımdır ki, gücləndiricilər (repiterlər, ekvalayzerlər) siqnal mənbəyinin çıxışında (panel və ya televizor girişi) yerləşdirilməməlidir. Ötürülmə məsafəsinin artımı üçün videosenderdən istifadə olunur.
Mis məftillərin bir-birilə ilə təmasından qoruyan lehimlənməmiş hörgü.
Alüminium folqasından ekran.
Polipropilen qabığı.
Sinxronlaşdırma siqnalı və məlumat siqnallarının ötürülməsi üçün dalğavari müqaviməti 100 Om olan beş kateqoriyalı burulmuş kabel cütlüyü. Hər burulmuş kabel cütlüyü xarici lehmləmə məftilinə malikdir.
SDA SCL siqnalları üçün ekranlaşdırılmayan burulmuş kabel cütlüyü.
Qidalanma və idarə etmə siqnalları üçün ayrı ötürülən keçiricilər.