HESA Azarakhsh

HESA Azarakhsh
İran HHQ-yə məxsus HESA Azarakhsh Vəhdəti Aviabazasında
İran HHQ-yə məxsus HESA Azarakhsh Vəhdəti Aviabazasında
Tipi Hücum təyyarəsi
İstehsalçı İran
Dizayner İran Təyyarə İstehsalı Zavodu (HESA)
İlk uçuş 1997
İstismara verilmə tarixi 1997
Status İstismarı davam edir[1]
İstismarçılar İran HHQ
Buraxılış sayı məlum deyil
Baza modeli Northrop F-5
Variantları KövsərHESA Saeqeh
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

HESA Azarakhsh (fars. آذرخشÂzarakhš, "Şimşək") İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən istehsal edildiyi bildirilən reaktiv təyyarə. Əsasən ABŞ istehsalı olan Northrop F-5 Freedom Fighter ("Azadlıq döyüşçüsü")/Tiger II ("Pələng II") qırıcılarının modernləşdirilmiş və yenidən adlandırılmış olan versiyası kimi qəbul edilir. İranın rəsmi nümayəndələri isə bu təyyarənin ölkədə istehsal edilmiş olan ilk yerli təyyarə olduğunu iddia edirlər.[2]

Azarakhsh İsfahanda İran Silahlı Qüvvələri, İran Müdafiə Nazirliyi və İran Təyyarə İstehsalı Zavodu (HESA) tərəfindən yaradılmışdır.[3]

1997-ci ildə İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisinin müavini postunu tutan iranlı briqadir Arasteh, İranın ilk təyyarəsini uğurla konstruksiya etdiyini, inşa etdiyini və test etdiyini bildirmişdir. 1997-ci ilin sonlarında isə İranın təyyarənin kütləvi şəkildə istehsalına başlaması haqqında xəbərlər yayılmışdır və 2000-ci ilin ortalarına kimi dörd təyyarənin operativ testlərdə iştirak etdiyi, istehsalın isə ildə təxmini olaraq on təyyarə olacağı bildirilmişdir. 17 may 2000-ci ildə İran HHQ komandiri Azarakhsh reaktiv qırıcılarının artıq kütləvi istehsal mərhələsinə çatdığını bildirmişdir.[4] 5 avqust 2007-ci ildə Azarakhsh uğurlu bir test uçuşunu reallaşdırmağı bacarmışdır.[5] 6 avqust 2007-ci ildə Müdafiə Nazirliyindən Mostafa Mohammad-Najjar, "Azarakhsh indi sənaye istehsalı mərhələsindədir və tezliklə kütləvi istehsalına başlanılacaqdır" dedi.[6]

İran HHQ-yə (IRIAF) məxsus HESA Azarakhsh Vəhdəti Aviabazasındakı (İran Hərbi Hava Qüvvələrinin dördüncü taktiki bazası) aviaşouda (illik şou) tam silahlanma ilə nümayiş etdirilərkən

İstehsalına 1997-ci ildən başlanılmış və 2001-ci ildə aktiv şəkildə xidmətdə olan 6 ədəd reaktiv qırıcı təyyarənin olduğu bildirilmişdir. İran təyyarə haqqında hər hansı bir əlavə məlumat yaymadığı üçün təyyarənin qabiliyyətləri haqqında heç bir məlumat mövcud deyildir.

Azarakhsh ilə ABŞ istehsalı olan Northrop F-5 Freedom Fighter ("Azadlıq döyüşçüsü")/Tiger II ("Pələng II") qırıcısı arasında hər hansı bir fərq mövcud deyildir. Azarakhsh qırıcılarının istehsalına başlanıldığı iddia edilən zamandan bu yana çox az sayda Azarakhsh qırıcısının gözə dəydiyini də nəzərə alsaq, Azarakhsh qırıcısının onda yeni yaradılmış olan bir qırıcı olmadığı və mövcud olan Northrop F-5 qırıcılarının yenidən yaradılmış bir versiyası olduğu görünür.[7]

HESA Saeqeh Azarakhsh qırıcısdan sonra istehsal edilmiş olan, bir növ Azarakhsh qırıcısının davamçısıdır. Daha əvvəllər də İranlıların yaratmış olduqları bir çox silahlarda olduğu kimi rəsmi iddiaları sübut etmək üçün heç bir sübut göstərilməmişdir. Bu təyyarələrdən naməlum sayda yaradılmış və 22 sentyabr 2007-ci ildə İran HHQ (IRIAF) arsenalına qəbul edildiyi bildirilmişdir.[8][9]

2018-ci ilin avqust ayında İran ictimaiyyətə Kövsər təlimhücum təyyarəsini nümayiş etdirmişdir. Təyyarənin biroturacaqlı və cütoturacaqlı versiyaları istehsal edilir.[10][11][12]

Tekniki xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]
  • Ekipaj: 1
  • Uzunluq: 14.35 m
  • Hündürlük: 4.10 m
  • Qanad eni: 7.85 m
  • Qanad sahəsi: 17.28 m²
  • Boş çəkisi: -
  • Yüklü çəkisi: 9.300 kq
  • Motor: 2 ədəd General Electric J-85
  • İtələmə gücü:15.5 kN
  • Maksimum sürət: saatda 1526 Km
  • Mənzil: 1815 km
  • Dırmana bildiyi maksimum hündürlük: 15.400 m
  • 2 ədəd 20 mm M39A2 Topu
  • AIM-9
  • AIM-7
  • AIM-120
  • AGM-65E
  • AGM-84
  • AGM-88A
  • Python-3
  • F-5 Freedom FighterMK-82
  • MK-84
  • GBU-24
  • GBU-49
  • GBU-52
  • GBU-58
  1. "Global Security". 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-18.
  2. "Archived copy" (PDF). 2007-02-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2007-02-16. Tel Aviv University Publication, Analysis by the Jaffee Center for Strategic Studies
  3. John Pike. "Azarakhsh". globalsecurity.org. 22 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2015.
  4. Pavyand.com Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine Payvand's Iran News
  5. Azarakhsh fighter conducts successful test flight Arxiv surəti 14 oktyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-10-14 at the Wayback Machine IRNA
  6. New fighter plane tested successfully: Defense minister Arxiv surəti 14 oktyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-10-14 at the Wayback Machine IRNA
  7. "The Buzz :: Why Iran's Fighter-Jet Ripoff Is Just Fake News". nationalinterest.org. 2017-02-17. 2018-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-23.
  8. IRNA 4th, 5th generations of Sa'eqe jet fighters to be produced Arxiv surəti 4 iyun 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-06-04 at the Wayback Machine January 5, 2008
  9. Payvand News Saeqeh fighter planes tested successfully in Iran Arxivləşdirilib 2020-10-07 at the Wayback Machine September 20, 2007
  10. "European Defence Review magazine". European Defence Review magazine. 2018. 19 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2018.
  11. "New Fighter Jet Unveiled By Iranian Military". Forces Network. British Forces Broadcasting Service. 21 August 2018. 21 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2018.
  12. al-Atrush, Samer. "Iran unveils new fighter jet as president says US 'knows the consequences' of an attack on Tehran". Daily Telegraph. 21 August 2018. 24 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2018.