Hacı Əbubəkr Paşa | |
---|---|
osman. ابوبکر پاشا | |
Əvvəlki | Nişançı Mehmed Paşa |
Sonrakı | Abdi Paşa |
Əvvəlki | Hacı Hüseyn Paşa |
Sonrakı | Canım Hoca Mehmed Paşa |
Əvvəlki | Şahsüvarzadə Mustafa Paşa |
Sonrakı | Durak Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1670 |
Vəfat tarixi | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | Safiyə Sultan |
Uşaqları |
İsgəndər bəy Hacı Mehmed bəy Süleyman bəy Zahidə xanım Sultan |
Rütbəsi | Admiral |
Hacı Əbubəkr Paşa (1670 – yanvar 1759) — Osmanlı sultanı III Əhməd və I Mahmudun dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.
Əslən Alanyalı olub, saraydakı yaxınlarının vasitəsilə öncə gömrükçü, daha sonra qapıçıbaşı olaraq çalışdı. 1718-ci ilin aprelində baş çavuş, 1722-ci ilin mayında zərbxana əmini, 1723-cü ilin aprelində isə yenidən baş çavuş təyin edildi. Daha sonra 1724-cü ilin noyabrında Ciddə və Həbəşistan, 1727-ci ilin sentyabrında Misir, 1729-cu ilin iyulunda yenidən Ciddə bəylərbəyi oldu.
1731-ci ilin oktyabrında Anadolu bəylərbəyi, 1732-ci ildə kaptan-ı dərya, 1733-cü ilin mayında nişançı vəzir, 1734-cü ildə Rumeli bəylərbəyi, 1740-cı ildə Moreya valisi, 1743-cü ilin oktyabrında yenidən Ciddə valisi oldu. 1749-cu ildə Bosniya bəylərbəyi, 1750-ci ildə ikinci dəfə kaptan-ı dərya seçildi. 1751-ci ilin fevralında təqaüəd ayrılsa da, çox keçmədən yenidən Ciddəyə təyin olundu. Bahir Mustafa Paşanın sədarətə gəlməsinin ardından Gəliboluya sürgün edilsə də, 3 il sonra yaşlılığı səbəb göstərilərək geri çağırıldı. 1759-cu ilin yanvarında burada vəfat etmiş, cənazəsi Aksarayda inşa etdirdiyi məktəbin bağçasına dəfn edilmişdir. Öncəki evliliklərindən İsgəndər bəy, Hacı Mehmed bəy, Süleyman bəy adlı oğullarının olduğu bilinir.