Bu adın digər istifadə formaları üçün bax:
Hacılar.
Hacılar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Rayon mərkəzindən 5 km şimal-şərqdə, Kasax çayının sol sahilində yerləşir. 1590-cı ildə tərtib
edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə[2], Qafqazın 5 verstlik xəritəsində [3] qeyd edilmişdir.
Toponim kəngərli türk tayfasından olan hacılar etnonimindən[4] əmələ gəlmişdir. Etnotoponimdir. Qııruluşca sadə toponimdir.
Erm.SSR AS RH-nin 3.l.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Mrqastan
qoyulmuşdur.
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra buraya İrandan köçürülən ermənilər yerləşdirilmişdir[5]. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 61 nəfər, 1873 - cü ildə 112 nəfər, 1886-cı ildə 144 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşamışdır[6]. 1904, 1914 - cü illərdə kənddə yaşayan azərbaycanlılar və ermənilər ümumi şəkildə göstərilmişdir. 1918-ci ildə kənddə 248 nəfər azərbaycanlı yaşamışdır[7].
Kənddə yaşayan azərbaycanlılar 1919 - cu ildə ermənilərin təcavüzünün qurbanı olaraq tarixietnik
torpaqlardan deportasiya olunmuşdur[8]. Indiki Ermənistanda sovet hökuməti qurulandan sonra - 1922-ci ildə burada 7 nəfər azərbaycanlı yaşamışdır[9].
1923 - cü ildə onlar yenidən ata-baba torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.162
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.54
- ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.537
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.583- 586
- ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.82-83, 152-153
- ↑ История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.221
- ↑ История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.221
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.152-153