Half-Life: Blue Shift | |
---|---|
| |
Hazırlayan | Gearbox Software |
Yayımlayan |
Sierra Entertainment Valve Corporation |
Distribüterlər | Steam |
Seriya | Half-Life |
Buraxılış tarixi |
|
Janrlar | Birinci-şəxs atıcı |
Yaş reytinqləri |
ELSPA: 15+ ESRB: M PEGI: 16 |
Dizaynerlər | Rendi Piçford[1] |
Ssenaristlər |
Rob Heironimus Devid Mertz Kristi Cunio Rendi Piçford |
Texniki məlumat | |
Platformalar | Microsoft Windows |
Mühərriklər | GdSrc |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[2], fransız dili[2], alman dili[2] |
Daşıyıcılar | CD, DVD, Steam |
Sistem tələbləri |
500 MHz processor 96 MB RAM 16 MB video kard |
İdarəetmə | Klaviatura və maus |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir.
Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır. Beynəlxalq versiya isə yalnız Opposing Force: Capture the Flag multipleyer versiyası ilə yayılır.
Half-Life: Blue Shift əlavəsində oyunçu Qara Mezadan olan adi mühafizəçini idarə edir. Qəhrəman orijinal Half-Life-da Qordon Frimanda olan nə H.E.V qoruyucu kostyuma nə də Opposing Force-da Adrian Şepardda olan P.S.V energetik hərbi geyimə malikdir. Bu üzdən oyunçu yol boyu rastına çıxan akumulyator qurğularından istifadə edə bilmir. Ancaq H.E.V və P.C.V-yə alternativ olaraq standart mühafizəçi təzhizatı var. Qəhrəman ölmüş mühafizəçilərdən bu cür təchizatları götürərək sağlamlıq faizini artıra bilir.
Blue Shift özünün xüsusi təlim versiyasına malikdir. Hazard Course adlanan bu təlim sahəsi sırf mühafizəçilər üçün yaradılıb. Orijinal Half-Life-da holoqrafik köməkçi qismində çıxış edən Cin Kross əvəzinə burada Miller adlandırılan mühafizəçi olur.
Oyunun baş qəhrəmanı — Barni Kalhaun — "Qara Meza" tədqiqat mərkəzində işləyən və yeraltı kompleksdə personalın təhlükəsizliyinə, avadanlıqların isə saz vəziyyətdə qalmasına cavabdeh olan sadə adamdır. Kaskad rezonansı zamanı Barni digər iki alim ilə liftə ilişir. O, lift şaxtası ilə qalxır və kompleksdə döyüşərək yuxarılara yol axtarır. Kalhaun vaqonlarda qalmış bir neçə alimləri də xilas edir. Belə alimlərdən biri – Doktor Rozenberq (o, həmçinin Half-Life: Decay-da olur) kompleksin HECU xüsusi təyinatlıları tərəfindən ələ keçirildiyini deyir və bildirir ki, onların hədəfi yalnız gəlmələrin likvidasiyası yox həmçinin Qara Meza personalının şahid kimi məhv edilməsidir. Kompleksdən qaçmağın yeganə yolu köhnə kompleksdə yerləşən köhnə teleportdan istifadə etməkdir. Əgər qurğu çalışırsa bu avadanlığın köməyi ilə Qara Mezadan qırağa teleportasiya etmək imkanı olacaq.
Oyunun qalan hissəsi birinci teleportun sınaqdan keçirilən, bazanın atılmış sektorunda keçir. Kalhaun, Rozenberq və iki alim (Volter Bennet və Simmens) teleportu işə salmağa çalışırlar. Kalhaun trianqulasiyanı buraxmaq üçün yad Zen dünyasına teleportasiya olur. Qayıtdıqdan sonra Kalhaun xüsusi təyinatlılar və gəlmələr ilə döyüşə görməyə məcbur olur. Bu zaman ərzində üç alim çıxışa teleportasiya olurlar. Sonda Kalhaun da teleporta daxil olur. Ancaq bu zaman qurğu xarab olur və qəhrəmanı kompleksin müxtəlif hissələrinə atır. Lakin axırda o, kompleksdən çıxışa teleportasiya olunur və qalan üç alim ilə cipdə xilas olur.
Blue Shift-in bir neçə anlarında orijinal Half-Life-ın qəhrəmanı — Qordon Frimanı görmək olur: Oyunun lap başlanğıcında Kalhaun Sektor 3-ün bağlı qapısı qarşısında durarkən monorelsdə yanında Friman keçir; müşahidə kameralarına baxanda Kalhaun Frimanı Anomal Materiallar Laboratoriyasında H.E.V kostyumunda görür; həmin otaqda elə monitor vasitəsilə Cin Krossu da görmək olur (Half-Life: Decay-ın baş qəhrəmanı); portallar bölməsində şüşə dəlikdən Barni Qordon Frimanın portallardan birinə tullandığını görür. Ancaq onun arxasınca getdikdə oyun bitir; Blue Shift-in sonunda Kalhaun iki əsgərin Frimanı zibil presinə sürüyərkən görür. "Borc çağırır" hissəsində iki əsgərin söhbətini eşitmək olar. Burada onlar Half-Life: Opposing Force-a istinad edərək deyirlər: "...indi Şepardın komandası bunu bacarmadı deyə, biz bu pox işlə məşğul olmalıyıq?".
Blue Shift — Half-Life seriyaları arasında ən qısasıdır (Half-Life 2: Episode One-ni saymasaq). Bunu da qeyd etmək lazımdır ki, Blue Shift seriyanın yeganə oyunudur ki, baş qəhrəmanın tarixi "bitir". Qalan digər hissələr – Half-Life, Opossing Force, Half-Life 2 və epizodlarda son oyunçunu dalana salır və ya süjetin davamını dumanlı təsəvvür etdirir. Half-Life dünyasının ən sirli personajlarından biri olan G-Man burada bircə dəfə görsəir. Onun peydə olduğu vaxt baş qəhrəman Barni Kalhauna heç bir fikir vermir.
Half-Life: Blue Shift Sega Dreamcast üçün bonus əlavəsi olaraq yaradılırdı. Oyunun yaradılması ilə Gearbox, Half-Life-ın portlaşdırılması ilə isə Captivation Digital Laboratories məşğul olurdu.[3] Dreamcast-də Half-Life və Blue Shift versiyaları özündə daha yaxşı işlənilmiş tekstur və modellərini birləşdirirdi. Sonradan bütün bu yeniliklər Half-Life High Definition Pack paketinə daxil oldu. Portlaşdırılmış Half-Life və Blue Shift ilkin olaraq 1 noyabr 2000-ci il üçün nəzərdə tutulmuşdu.[4] Ancaq oyunun daha mükəmməl olması üçün nəşrçi şirkət Sierra Entertainment oyunun relizini ilin sonuna keçirərək yalnız geympley haqda süjeti mediyaya buraxır..[5] Ancaq ilin sonu belə videooyun çıxrmır və yalnız 2001-ci ildə Sierra Half-Life-ın Dreamcast-ə portlaşdırılmasının dayandırıldığını elan edir. Şirkət bunu bazarda dəyişikliklərlə izah edir.[6]
Dreamcast üçün orijinal Half-Life-ın portlaşdırılması ləğv edildikdən sonra eyni taleh Blue Shift-də də təkrarlanır (buna baxmayaraq İnternetdə qeyri-rəsmi qaynaqlarda bu versiyanı tapmaq olur). Bu üzdən Gearbox layihəni PC-yə keçirir və onu standart Half-Life altında yox ayrıca, çalışması üçün orijinal oyunu tələb etməyən müstəqil oyun kimi buraxır. Videooyun 12 iyul 2001-ci ildə yayımlanır.[7]
Blue Shift Half-Life və Opposing Force-dan fərqli olaraq onlayn-yükləmə sistemi Steam-i dəstəkləmirdi. Lakin 24 avqust 2005-ci ildə Valve Blue Shift-i Steam xidmətində rəsmən yayımlayır. Köhnə Half-Life və Half-Life 2-nin gümüş və ya qızıl paket kopyalarına malik istənilən istifadəçi Blue Shift-i Steam-dən pulsuz endirə bilər..[8] Bir müddət sonra Valve Blie Shift-i "Half-Life 1 Antoloqiya" və "Valve Complete Pack" seçimlərinə əlavə edir.[9]
Orijinal Half-Life ilə Blue-Shift-in modifikasiya edilmiş mühərriki fərqli olduğu üçün oyundakı bəzi kart faylları bir-biri ilə uyğunsuz oldu. O üzdən 7 avqust 2005-ci ildə Half-Life Improvement komandası Blue Shift: Unlocked[10] layihəsi adı ilə Blue Shift üçün patç buraxır. Bunun sayəsində add-on Half-Life-da adi mod kimi açılır.
Half-Life: Blue Shift Steam üçün açıq olanda çoxlu baq və işləksizlərlə idi. İnterfeys və kartlardan tutmuş, orijinal Half-Life-dan qalan lazımsız fayllara qədər. Buna görə həmin ilin 25 oktyabrında Half-Life Improvement komandası bu çatışmamazlıqları da ləğv edən yeni paçt buraxır.
Half-Life: Blue Shift özünün saundtrekinə malik deyil və Half-Lige ilə Opposing Force-dan olan musiqilərdən istifadə edir.
|
|
Half-Life fanatları Half-Life: Opposing Force-da əldə edilən yüksək standartların Blue Shift-də olmamasından gileylənirdilər. Blue Shift oyun prosesinə çox az yenilik gətirmiş və yalnız bir neçə yeni lokasiyaları birləşdirirdi. Ancaq yeni qəhrəmanda peydə olmuşdu. Doktor Rozenborq alim, özünün unikal modelinə malik idi və əlavənin süjetində əsas rollardan birini oynayırdı. Nəticə etibarilə Blue Shift seriyanın əvvəlki oyunlarından fərqli olaraq elə də böyük rəy almamışdır.
Rəsmi saytlar