Halonq buxtası | |
---|---|
vyet. Vịnh Hạ Long | |
Ümumi məlumatlar | |
Tip | Buxta (körfəz) |
Sahəsi | 1553 km² |
Duzluluğu | 31-34,5 ‰ |
Yerləşməsi | |
20°54′37″ şm. e. 107°03′16″ ş. u.HGYO | |
Ölkə | Vyetnam |
Akvatoriyası | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Halonq buxtası[1] (vyet. Vịnh Hạ Long) — Sakit okean, Cənubi Çin dənizi Bakbo körfəzinin daxilində yerləşən buxta. Buxta inzibati cəhətdən Vyetnamın Vandon vilayəti Halonq və Kamfa şəhərlərinin inzibati vahidliyinə daxildir. 1994-cü ildə UNESKO Ümumdünya irsi siyahısına daxil edilmişdir[2].
Buxta ərazisinə ümumilikdə 3000 ada daxildir. Üstəlik bura qayalıqlar, dayazlıqlar və mağaralar daxildir. Körfəzin sahəsi 1500 km² təşkil edir. Belə desək su altı aləmi yüksık bioloji rəngarəngliyə malikdir. Halonq vyetnamcadan tərcümədə "o yeri əjdaha dəniz dibinə enmişdir" kimi səslənir. Hətta belə deyilir ki, Halonq adasını böyük bir əjdaha formalaşdırmışdır. Əfdaha hündür dağlardan birində yaşayırdı. O ərazini tərk edərkən quyruğu ilə vadilər əmələ gətirir. O suya girdikdən sonra onun üuyruğu ilə alcaltdığı ərazilər su ilə dolmuşdur. Nəticədə isə kiçik adalar və buxta formalaşmışdır.
Buxtada yerləşən adalardan əsas məskunlaşılmış ada Tuançaudur. Əvvəllər Ho Şi Minin əsas iqamətgahı yerləşirdi. Hazırda adada kurort turizm inkişaf etdirilmişdir.
Katba arxipelaqına daxil olan Katba adası həm arxipelaqın həm də buxtanın ən böyük adasıdır. 1986-cı adanın yarısıda daxil olmaqla Katba milli parkı yaradılmışdır. Ada ərazisində çoxlu şəlalər, göllər vardır. Sahilləri mərcan rifləri ilə ötülüdür. Buxta özünün qrotları ilə məşhurdur. Burada Bobau qrotu, Qız və Səma sarayları insanı özünə gəlb edir. Baraban qrotu isə musiqi alətinin səsini çıxardığəndan bu çür adlandırılmışdır. Ən gözəl mağara Dauqo hesab edilir. Burada yerləşın adalardan biri sovet kosmonavtlarında biri ola German Stepanoviç Titovun şərəfinə adlandırılmışdır.
Buxta tropik enlikdə yerləşir. Ancaq musson yağışlarının təsirinə məruz qalır. Rütubətlidir. İki mövsüm hakimdir. Yayı musson yağışları ilə əlaqədar rütubətli, qışı isı quru soyuq keçir. Orta temperatur 15–25 °C arasında dəyişir. İl ərzində körfəz ərazisinə 2000–2200 mm yağıntı düşür. Buxtanın suyunun duzluğu quraq mövsüm 31–34,5 ‰ arasında dəyişir.
Buxta sularında ümumilikdə 1600 nəfər yaşayır. Onlar əsasən üzən taxta evlərdə yaşayırlar. Bu tip kəndlərin sayı dörddür:Kıavan (Cửa Vạn), Ba Hanq (Ba Hang), Konq Tai (Cống Tàu) və Vonq Venqdir (Vông Viêng).
Halonq buxtarı 1994-cü ildə UNESKO Ümumdünya irsi siyahısına daxildir.
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 672 ing. • rus. • fr. |