Hamada Hikozo

Hamada Hikozo
yap. 浜田彦蔵
Doğum tarixi 20 sentyabr 1837(1837-09-20)[1]
Vəfat tarixi 12 dekabr 1897(1897-12-12)[1] (60 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Aoyama qəbiristanlığı[d]
Vətəndaşlığı Yaponiya Yaponiya
ABŞ ABŞ
Fəaliyyəti jurnalist, iş adamı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hamada Hikozo (浜田彦蔵?, 20 sentyabr 1837[1]12 dekabr 1897[1], Tokio[2]), eləcə də, digər adları ilə Cozef Heko (ing. Joseph Heco) və ya Amerika HikozoABŞ vətəndaşlığı almış ilk yapon.[3] Xristianlığı qəbul etmiş, Yaponiyada ilk müasir qəzeti nəşr etdirmişdir.

1851-ci ildə.

Hamada 1837-ci ildə Harima əyalətində [a] bir gəmi kapitanının oğlu kimi doğulmuşdur.[3] 1850-ci ildə Edo şəhərinə qayıdarkən gəmisi qəzaya uğramış və 52 gün boyunca açıq dənizdə üzdükdən sonra o və 16 dənizçi ABŞ-yə məxsus "Oakland" gəmisi tərəfindən xilas edilmişdir.[3] Gəmi 1851-ci ilin fevralında San-Fransiskoya çatmışdır.[3] Həmin dövrdə ABŞ hökuməti Metyü Perrinin başçılığı altında Yaponiyaya ekspedisiya göndərməyi planlaşdırdığı üçün bu 17 yaponu ekspedisiya zamanı Yaponiyaya qaytarmaq qərarı verilmişdi.[3]

Ekspedisiya 1852-ci ildə Yaponiyaya yola düşmüşdür.[3] Honkonqa çatanda amerikalılar Hamadaya ABŞ-yə qayıtmağı təklif etmişdirlər.[3] Hamada təklifi qəbul etmiş və yoldaşlarından ayrılaraq San-Fransiskoya qayıtmışdır.[3] Burada gömrük məmuru B. Sanderslə tanış olmuş və onun köməyi ilə 1852-ci ilin avqustunda Baltimora gəlmişdir.[3] Səyahət zamanı ilk dəfə qatara minmiş və teleqrafla tanış olmuşdur.[3] 1854-cü ilin oktyabrında katolikliyi qəbul etmiş və bundan sonra Cozef Heko kimi tanınmağa başlamışdır.[3] 1858-ci ilin iyununda ABŞ vətəndaşlığına qəbul edilmişdir.[3]

Yaponiyaya qayıdışı

[redaktə | mənbəni redaktə et]

Hamada Yaponiya üçün darıxmış və bir neçə cəhddən sonra 1858-ci ilin sentyabrında dostu Con Merser Brukdan icazə alaraq onun Yaponiya yaxınlığından keçəcək tədqiqat gəmisinə minmişdir.[3] Şanxayda olanda ABŞ-nin Yaponiyadakı ilk səfiri Taunsend Harrislə tanış olmuş və onun təklifi ilə ABŞ-nin Kanaqavadakı konsulluğunda tərcüməçi olmuşdur.[3] Hamada 1859-cu ilin iyununda Yokohamaya çatmışdır.[3] 1860-cı ildə "Kanrin Maru" gəmisi ABŞ-yə yola düşəndə Hamadanın təklifi ilə Bruk gəminin texniki məsləhətçisi seçilmişdir.[3] Hamada 1860-cı ildə konsulluğu tərk edərək Yokohamada öz ticarət şirkətini açmışdır.[3]

Hamada 1861-ci ildə yenidən ABŞ-ni ziyarət etmiş və 1862-ci ilin martında Abraham Linkolnla görüşmüşdür.[3] Yaponiyaya qayıdandan sonra 1864-cü ilin iyununda Kişida Qinko və digər şəxslərlə birlikdə Yaponiyanın ilk müasir qəzeti olan "Kaigai Shinbun" qəzetini nəşr etdirmişdir.[3] Qəzet dünyada baş verən hadisələr haqqında xəbərlər paylaşsa da, 18-ci buraxılışından etibarən ABŞ tarixi haqqında yazılara və Yaradılış kitabının tərcüməsinə yer ayırmağa başlamışdır.[3] Hamada öz bacarıqlarını biznes sahəsinə həsr etmək istədiyi üçün qəzet 26-cı buraxılışından sonra fəaliyyətini dayandırmışdır.[3] Meyci dövrünün ilk illərində Maliyyə nazirliyində işləmişdir.[3]

Hamada iki avtobioqrafiyanın müəllifi olmuşdur.[3] "Qəzaya uğrayanın qeydləri"[b] 1863-cü ildə yapon dilində, "Bir yaponun hekayəsi" isə 1895-ci ildə ingilis dilində nəşr olunmuşdur.[3]

  1. Hazırda Hyoqo prefekturası.
  2. Orijinal adı "Hyoryuki".
  1. 1 2 3 4 Joseph Heco // SNAC (ing.). 2010.
  2. 1 2 Find a Grave (ing.). 1996.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 Kodansha Encyclopedia of Japan
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 89. ISBN 0-87011-623-1. İstifadə tarixi: 10 avqust 2022.