"Hana ni Natte" | |||||||
---|---|---|---|---|---|---|---|
![]() | |||||||
Ryokuoushoku Shakai tərəfindən ifa olunmuş sinql | |||||||
B tərəfi | Dream, Devil & Fantasy | ||||||
Yayımlanma tarixi | 6 dekabr 2023 | ||||||
Janr | rok, J-pop[d], Anison | ||||||
Dil | yapon | ||||||
Bəstəkar | Şinqo Anami | ||||||
Sözlərin müəllifi | Haruko Naqaya | ||||||
Leybl | Epic Records Japan | ||||||
Studiya | Sony Music (Tokio) | ||||||
Ryokuoushoku Shakai sinqllarının xronologiyası | |||||||
|
|||||||
Audio nümunəsi | |||||||
"Hana ni Natte" — YouTube platformasında
|
Hana ni Natte[a] (花になって?, hərf. Çiçək ol) – Yaponiya pop-rok qrupu "Ryokuoushoku Shakai" tərəfindən ifa olunmuş mahnı. "Epic Records Japan" tərəfindən 6 dekabr 2023-cü ildə "The Apothecary Diaries" anime serialının birinci açılış mahnısı kimi buraxılmışdır.
1 oktyabr 2023-cü ildə "Ryokuoushoku Shakai" qrupu tərəfindən "The Apothecary Diaries" anime serialı üçün "Hana ni Natte" mahnısının buraxılacağı açıqlanmışdır.[3] Sinql kimi 6 dekabrda buraxılacağı bildirilmişdir. Sinqlın birinci məhdud buraxılışına qrupun "Pink Blue" albom turundan səhnələr və "The Apothecary Diaries" animesinin açılış klipi yer alır.[4][5] Mahnı üçün klip 15 noyabrda buraxılmışdır.[6]
"Hana ni Natte" mahnısı qrupun üzvü Şinqo Anami tərəfindən bəstələnmişdir. O, əvvəlcə son piano frazası yaratmış, daha sonra melodiyanı yazmışdır. Mahnının əvvəlində eşidilən alqış ritmi "The Apothecary Diaries" manqasından təsirlənərək yaradılmışdır.[7] Mahnının istehsalına 2023-cü ilin yanvarında başlanmışdır.[8] Anami və Keyta Kavaquçi mahnını bir yerdə aranjiman etmişdirlər. Anami əvvəlcə "qalın rok səsi"nə malik mahnı hazırlasa da, Kavaquçi mahnıya erhu və qon kimi ənənəvi Çin musiqi səslərini əlavə etmişdir. Animeni istehsal edən heyət mahnının sözləri üçün özünü sevmək mövzusunu təklif etmişdir və Naqaya bu təklifi qəbul edərək mahnının sözlərini "The Apothecary Diaries" animesinin protaqonisi Maomao ilə əlaqələndirmişdir.[7]
Sinqlın B tərəfində "Dream, Devil & Fantasy" mahnısı yer alır. Mahnı Peppe və Şinqo Anaminin 2021-ci ildə yazdıqları bir melodiya əsasında yaradılmışdır. İssey Kobayaşi mahnıdan öncə "yuxularını unudan gənc adam" haqqında qısa hekayə yazmışdı və mahnının sözləri bu hekayəyə uyğunlaşdırılmışdır.[9]
№ | Başlıq | Sözlər | Musiqi | Aranjiman | Müddət |
---|---|---|---|---|---|
1. | "Hana ni Natte" (花になって) | Haruko Naqaya | Şinqo Anami |
| 3:20 |
2. | "Dream, Devil & Fantasy" (夢と悪魔とファンタジー, Yume to Akuma to Fantaji) | İssey Kobayaşi |
|
| 4:30 |
3. | "Hana ni Natte" (花になって (instrumental) | Anami |
| 3:20 | |
4. | "Dream, Devil & Fantasy" (夢と悪魔とファンタジー, Yume to Akuma to Fantaji (instrumental) |
|
| 4:28 | |
Ümumi müddət: | 15:38 |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "The Apothecary Diaries anime serialı, sözlərsiz açılış klipi" | 1:31 |
Ümumi müddət: | 17:06 |
Mahnı 2023-cü ildə Reyva Anison Mükafatına namizəd göstərilmişdir.[10] Həftəlik "Japan Hot 100" və "Oricon" hit-paradlarında 8-ci yerə qədər yüksəlmişdir.[11][12]