Hanae Mori | |
---|---|
yap. 森英恵 | |
| |
Doğum tarixi | 8 yanvar 1926[1][2] |
Vəfat tarixi | 11 avqust 2022[3] (96 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qocalıq[d][5] |
Uşağı | 2 |
Təhsili | Tokio Qadın Xristian Universiteti |
Fəaliyyəti | dəb dizayneri, biznes ledi |
Fəaliyyət illəri | 1951–2004 |
Vikianbarda əlaqəli mediafayllar |
Hanae Mori (森 英恵?, 8 yanvar 1926[1][2] – 11 avqust 2022[3], Tokio) – Yaponiya dəb dizayneri. Kolleksiyalarını Paris və Nyu-Yorkda sərgiləmiş iki yapon qadından biridir və ilk asiyalı qadındır ki, moda evi Fransa Moda Federasiyası tərəfindən "yüksək moda" kimi qəbul edilib.[6] 1951-ci ildə Yaponiyada öz moda evini açıb və 1990-cı illərdə 500 milyon dollarlıq beynəlxalq biznesə çevrilib.
Mori 8 yanvar 1926-cı ildə Şimane prefekturasının Muikayçi şəhərində anadan olmuşdur.[7] Tokio Qadın Xristianlıq Universitetində məzun olduqdan sonra evlənmi və dərzi məktəbinə daxil olmuşdur.[7] 1951-ci ildə Hiyoşiyada ilk atelyesini açmışdır[8][9] və bir neçə il ərzində yüzlərlə film üçün kostyum dizayn etmişdir.[10] 1965-ci ildə "Şərq Qərblə görüşür" adlı ilk Nyu-York kolleksiyasını təqdim etmişdir. 1977-ci ildə sonra Parisdə "yüksək moda" salonu açılmışdır.
Mori Japan Airlines üçün ardıcıl 3 dəfə uniforma dizayn etmişdir. İlk uniforma 1967–70-ci illərdə istifadə olunmuşdur.[11] İkinci uniforma miniyupkası ilə sensasiya yaratmış və 1970–77-ci illərdə istifadə olunmuşdur.[12] Üçüncü uniforma isə 1977–88-ci illərdə işçilər tərəfindən geyinilmişdir.[13] 1989–96-cı illərdə Dominik Siropu dizayner kimi işə almışdır və o, 1997-ci ildə böyük kuturye olmuşdur. 1992-ci ildə Barselona Olimpiya Oyunlarına və 1994-cü ildə Lillehammer Olimpiya Oyunlarına yollanan Yaponiya nümayəndəlikləri üçün kostyum dizayn etmişdir.[14] 1993-cü ildə Yaponiya şahzadəsi Masakonun toyu üçün qolsuz ağ paltar təqdim etmişdir.[15] Mori Masako, Hillari Klinton, Nensi Reyqan və Qreys Kelli kimi siyasətçilər üçün işləmişdir.[16]
Şirkəti maddi problemlər yaşadığı üçün 2002-ci ilin yanvarında əməliyyatlarını Yaponiyanın "Mitsui & Co." və Britaniyanın "Rothschild" şirkətlərinə satmışdır.[17][18] 2004-cü ildə isə təqaüdünü açıqlamış və 2004-cü ilin payızında Parisdəki moda evini bağlayacağını bildirmişdir. Son moda sərgisi həmin ilin iyulunda baş tutmuşdur.[19]
1946-cı ildə parça biznesmeni Ken Mori ilə tanış olmuş və daha sonra evlənmişdir.[20] Ken 16 oktyabr 1996-cı ildə ölmüşdür.[8] Cütlüyün Akira və Kei adlı iki oğlu olmuşdur. İkisi də Morinin biznesinə kömək etmişdirlər.