Hanna Adams

Hanna Adams
ing. Hannah Adams
Doğum tarixi
Doğum yeri Medifld, Massaçusets, ABŞ
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Bruklayn, Massaçusets, ABŞ
Atası Tomas Adams
Anası Elizabet Klark Adams
Fəaliyyəti Yazıçı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hanna Adams (ing. Hannah Adams; 2 oktyabr 1755[1][2][…]15 dekabr 1831[1][2][…]) — ABŞ-də ilk peşəkar xanım yazıçı, tarixçi və müqayisəli dinşünaslıq pioneri.

O, Tomas Adamsın və Elizabet Klarkın beş uşağından ikincisi idi. Hana 12 yaşında olanda, anası öldü. Uşaqlığda tez-tez xəstələndiyi üçün məktəbə getmirdi, amma özü çox oxuyurdu və atası onun öz-özünə təhsil almasını şövqləndirirdi. Adams öz xatirələrinə əsasən, o, cənnəti insanların billiyə yiyələnməsini tamamilə ödəyəcək bir yer sayırdı. Tomas Harvard tələbələri üçün özəl repetitor fəaliyətini göstərirdi və onlara yemək və yaşayış yeri verirdi. Hanna bu tələbələrlə birlikdə oxuyurdu və gələcəkdə özüdə özəl repititor oldu.[3].

ABŞ İstiqlal müharibəsi zamanı Tomas Adamsın tələbələrindən biri Hannaya Tomas Broutonun 1742-ci ildə nəşr olunmuş "Dünya yaranandan indiyədək bütün dinlərin tarixi lüğəti" adlı kitabını oxumağa verdi. Broutonun əsərinin mütaliəsi qızda dünya dinlərinə marağı oyandırdı, amma bu kitab və, Hannanın oxuduğu belə mövzuda olan başqa kitablar kimi, müəllifin dinindən başqa bütün dinlərə nifrət və mənfi rəylərlə dolu idi. Dini müəlliflərin öz inanclarını qorumaq üçün istifadə etdiyi ədalətsiz və qeyri-səmimi dəlillər Adamsı dinə qarşı öz xüsusi baxışlarını hazırlamağa vadar etdi.[3].

1778-ci ildə Hanna Adams dinlər haqqında məlumatlandırıcı nəşrin üstündə işə başladı, orada o, hər hansı bir məzhəbə üstünlük verməkdən qaçmaq və hər hansı dinin baxışlarını, arqumentlərini elə dinin tərəfdaşlarının anlayışlarına görə ifadə etmək niyyətində idi. Bu nəticəsi kimi 1784-cü ildə çıxan "Xristian erasının əvvəllərindən indiyədək yaranmış müxtəlif təriqətlərin əlifba kompendiumu (yığcam toplu)" (ing. An Alphabetical Compendium of the Various Sects Which Have Appeared from the Beginning of the Christian Era to the Present Day) oldu. Kitabın birinci nəşri bütövlüklə satıldı, amma burdan gələn gəlirin hamısı Adamsın ədəbi agentinə getdi, baxmayaraq ki, Hanna bu pullarla ailəsinə yardım göstərmək istəyirdi.[3]

Bununla belə "Əlifba kompendiumun" uğuru Adamsda peşəkar ədəbi karyeranın imkanları haqqında təsəvvür yaratdı. Kənd müəlliməsi maaşı ilə dolanan Hanna, eyni zamanda yeni naşir axtarışında idi və ABŞ-də ilk müəlliflik hüququ haqqında qanunun qəbul edilməsi üçün lobbiçilik edirdi, bu qanun 1790-cı ildə qüvvəyə mindi. Adamsın məlumatlandırıcı kitabçasının 1791-ci ildə "Dinlərin icmalı" (ing. A View of Religions)) adında çıxan ikinci nəşri abunə yolu ilə satılırdı, və ailə dostunun təşkil etdiyi reklam kampaniyasının saəsində alıcıların sayı kifayət qədər çoxalmışdır. ABŞ və Böyük Britaniyada kitabçaya tələbat o qədər böyük idi ki, Atlantik okeanın hər iki tərəfində kitabın əlavə tirajları çap olunmuşdur.[3]

Adams oz kitabının populyarlığı sayəsində bir sıra din xadimiləri ilə və dini mütəfəkkirlərlə əlaqə yarada bilmişdi. Bu əlaqələr vasitəsi ilə Adams mətnlərin teoloji izahının incəliklərinə aid olan bilgilərini daha da mükəmmələşdirirdi ki, bu da sonrakı nəşrlərdə öz əksini tapdı, Həmin nəşrlərdə də daha çox diqqət yeni yaranan konfessiyalara göstərilirdi, məsələn protestanlığln hərəkətlərindən olan unitarlığa, hansının ki təsviri ingilis-amerikan dini filosofu olan Cozef Pristlinin əsərlərinə əsaslanırdı.[3]

Hanna Adams öz ədəbi əsərlərini təkçə müqayisəli dinşünaslıq mövzusunda yazmırdı. 1799-cu ildə onun "Yeni İngiltərənin bütöv tarixi" (ing. A Summary History of New England) adlı kitabı çıxdı, İki il sonra isə həmən əsərə əsaslanan və məktəb dərsliyi kimi çıxan "Yeni İngiltərənin qısa tarixi" əsəri işıq üzünü gördü.[3] Dərsliyin nəşri ətrafında Adams və Yeni İngiltərənin tarixinə aid öz versiyasını nəşr etməkdə olan müqəddəs Cedidiah Mors arasında hüquqi mübahisə yarandı. Adams hesab edirdi ki, həmin məqamadək "Dünya coğrafiyasının" müəllifi kimi tanınan Mors rəqiblərinə tədris ədəbiyyatı bazarına girməyə mane olur, Mors isə öz növbəsində Hannanı və onun tərəfdarlarını onun nüfuzuna bilərəkdən zərbə vurmaq cəhdində ittiham etdi.[4] Adamsın bu prosesdə məhkəmə məsrəflərini liberal dini ailələr ödədilər, hansılarki ortodoks Morsa rəğbət bəsləmirdilər. Adams prosesdə qalib gəldi, Mors isə məhkəmənin qərarına görə təzminat ödəməli və üzr istəməli oldu.[3]

Adamsın "Xristian dininin kamilliyinin və həqiqiliyinin nümayişi" (ing. The Truth and Excellence of the Christian Religion Exhibited) adlı dini mövzusunda yeni işi 1804-cü ildə çıxdı. 1812-ci ildə "Yəhudilərin tarixi" (ing. History of the Jews) dərc olunmuşdu, 1817-də "Bütün dinlərin və dini konfessiyaların lüğəti" (ing. A Dictionary of All Religions and Religious Denominations), 1824-də isə "İncillər haqqında məktublar" (ing. Letters on the Gospels). "Miss Hanna Adamsın memuarları" (ing. A Memoir of Miss Hannah Adams) adlı son kitabı 1832-ci ildə çapa buraxılmışdır.[4] Populyar intellektual və dini mütəfəkkir sayılan Adams cəmiyyətin ali dairələrində dolanırdı və Yeni İngiltərənin zəngin vətəndaşlarının evlərində qonaq kimi uzun müddət yaşayırdı, o cümlədən Amerika Birləşmiş Ştatlarının ikinci prezidenti və özünün uzaq qohumu olan Con Adamsın evində bir neçə həftə qalırdı. Baxmayraq ki Hanna qadınlara müəyyən qadağalar qoyan (məsələn. ABŞ-nin Harvard Universitetində təhsil alma və dərs keçmə kimi) qaydalara qarşı çıxmasa da, onun təsir imkanı kifayət qədər yüksək idi ki, ona "Ateneum" Boston elmi kitabxanasını istifadə etmək icazəsi verilmişdir, hansına ki adi qadınlara giriş qadağan idi.[3]

Hanna Adams heç vaxt ərdə olmamışdı və uşaqları yox idi. Onun kitabları populyar olsa da, onlardan gələn gəlir çox cılız idi və ömrünün son illərində o, 1809-cu ildə onun pərəstişkarları tərəfindən açılan fondun verdiyi təqaüdlə yaşıyırdı.[4] Adams 1831-ci ilin sonunda Bruklaynda (Massaçusets) öldü və nüfuzlu qəbiristanlıqlardan sayılan Maunt Oberdə (Kembric) dəfn olundu.[3]

  • An alphabetical compendium of the various sects : which have appeared in the world from the beginning of the Christian aera to the present day (1784)[5]
  • A View of Religions (1791)
  • A Summary History of New England (1799)
  • The Truth and Excellence of the Christian Religion Exhibited (1804)[6]
  • An Abridgment of the History of New-England: For the Use of Young Persons (1805)
  • History of the Jews : from the destruction of Jerusalem to the present time (1812)[7]
  • A Dictionary of all Religions and Religious Denominations, Jewish, Heathen, Mahometan and Christian, Ancient and Modern: with an Appendix, Containing a Sketch of the Present State of the World, as to Population, Religion, Toleration, Missions, etc., and the Articles in which all Christian Denomination Agree (1817)[8]
  • Letters on the Gospels (1824)
  • A Memoir of Miss Hannah Adams (1832)[9]
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Hannah Adams // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 5 6 7 8 9 Elizabeth Curtiss. "Hannah Adams". Dictionary of Unitarian & Universalist Biography. May 17, 2002. 2016-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-24.
  4. 1 2 3 Noah Sheola. Hannah Adams Arxivləşdirilib 2016-03-27 at the Wayback Machine. Boston Athenæum (November/December 2010).
  5. Hannah Adams. An alphabetical compendium of the various sects : which have appeared in the world from the beginning of the Christian aera to the present day. — Boston, MA: B. Edes & Sons, 1784.
  6. Hannah Adams. The truth and excellence of the Christian religion exhibited in two parts. — Boston, MA: David Carlisle for John West, 1804.
  7. Hannah Adams. The history of the Jews : from the destruction of Jerusalem to the present time. — London: London Society House, 1818.
  8. Hannah Adams. A Dictionary of All Religions and Religious Denominations Arxivləşdirilib 2021-01-20 at the Wayback Machine. — New York, NY: James Eastburn and Company, 1817.
  9. Hannah Adams. A Memoir of Miss Hannah Adams Arxivləşdirilib 2021-01-20 at the Wayback Machine. — Boston, MA: Gray and Brown, 1832.