Hans Onrud | |
---|---|
![]() | |
Doğum tarixi | 3 sentyabr 1863[1][2] |
Vəfat tarixi | 11 yanvar 1953[1] (89 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, dramaturq, şair, hekayə yazıçısı[d] |
Janr | hekayə |
![]() | |
![]() |
Hans Onrud (norv. Hans Aanrud; 3 sentyabr 1863[1][2] – 11 yanvar 1953[1], Oslo) — Norveç nasiri, dramaturqu, teatrşünas və ədəbiyyatşünası.[3]
Hans Onrud 3 sentyabr 1863-cü ildə Norveçdə, kəndli ailəsində anadan olmuşdur. O, məktəbi bitirdikdən sonra hüquq fakültəsini oxumağa qərar vermiş, lakin universitetdə filologiya ilə maraqlanmışdır. Onrud 1890-cı ildən bir neçə qəzetdə ədəbiyyat və teatr tənqidçisi kimi işləmişdir. O, müəllim kimi də çalışmışdır. Onrud 1899–1900-cü illərdə Bergendə yerləşən "Den Nationale Scene"nin direktoru olmuşdur. Bergendə gələcək həyat yoldaşı Vilhelmina Skoldager ilə tanış olan Onrudun iki qızı olmuşdur. Onlar 1929-cu ilə qədər "Byrud" fermasında yaşayıblar.[4]
Onrud 1953-cü ildə, 89 yaşında vəfat etmişdir.[3]