Haqq və Azadlıqlar Partiyası

Rights and Freedoms Party
Quruluş tarixi 2002
Baş qərargah
Saytı hakpar.org.tr

Haqq və Azadlıqlar Partiyası (kürd. Partiya Maf û Azadiyan, türk. Hak ve Özgürlükler Partisi, qısaldılmış olaraq HAK-PAR) — Türkiyədə kürd milliyətçisi siyasi partiya.[1]

Federalizmi ölkənin cənub-şərqində kürd muxtariyyətinin artırılması vasitəsi kimi müdafiə edən partiya 2002-ci ildə Demokratik Xalq Partiyasından (DEHAP) ayrılmışdır. Partiyanın mərkəzi Diyarbəkirdədir. 2015-ci ilin oktyabrında vəfat edənə qədər partiyaya Fəhmi Dəmir rəhbərlik edirdi.[2]

2014-cü ilin lokal seçkilərində partiya 43,846 səs toplayaraq Muşun Qonuqbəklər bələdiyyə başqanlığını qazanmışdır.[3] 2015-ci ilin iyun ayında keçirilən ümumi seçkilərdə HAK-PAR 58,698 səs qazanaraq ilk dəfə ümumi seçkiyə qoşulmuşdur.

  1. "HAK-PAR leader's funeral brings Kurdish leaders together". Rudaw. 28 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2015. ...the chairman of Turkey’s pro-Kurdish Rights and Freedoms Party (HAK-PAR)...
  2. "Hak-Par leader Fehmi Demir dies in traffic accident". Today's Zaman. 26 October 2015. 26 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 October 2015.
  3. "Konukbekler Belediye Başkanlığını HAK-PAR Kazandı - Haber Diyarbakır". 2015-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-15.