Harar | |
---|---|
9°18′40″ şm. e. 42°07′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.885 ± 1 m |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi.[2]
Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib.[2]
Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir.[2]
Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub.[2]
2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib.[2]
300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır. Evlərin divarlarını kasalar, boşqablar və hörmə səbətlər bəzəyir.[2]
Hararın əsas özünəməxsus cəhətlərindən biri ev kaftarlarıdır. Turistlər buraya qəlbləri dəhşətə bürüyən mənzərəyə — kaftarların gecə qidalanmasına baxmaq üçün gəlirlər.[2]