Harenna meşəsi | |
---|---|
![]() | |
Yerləşməsi | |
6°29′40″ şm. e. 39°13′43″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | |
|
|
![]() |
Harenna meşəsi — Efiopiyanın cənub-şərqində, Oromiya regionunda, Bale dağlarında yerləşən meşə. Ölkədə qalmış azsaylı təbii meşələrdən biridir.[1]
Bale dağlarında Afromontane ekozonasının dörd fərqli ekoregionu yerləşir:
Harenna meşəsi yerli bitkilərinə, məməlilərinə, suda-quruda yaşayanlarına və quşlarına (endemik növlər daxil olmaqla) görə tanınır.[2] Belə endemik növlərdən biri Maytenus harenensis ağacıdır. Ağacların kəsilməsi üzündən bu ağac Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən "həssas növ" kimi təyin olunmuşdur.[3]
Harenna meşəsi əvvəllər təhlükədə olan Lycaon pictus Afrika yabani iti növünün yaşayış arealına daxil idi. Mərkəzi Sanetti platforması nadir və təhlükədə olan Həbəşistan çaqqalının məskənidir.[4]