Havaşan | |
---|---|
37°43′03″ şm. e. 48°25′00″ ş. u.HGYO | |
Ölkə | |
Havaşan (fars. هاواشان [1]) - İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Havaşan Kosar şəhristanının Qərbi Səncəbəd kəndistanında yerləşir.
2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 596 nəfər (kişilər: 301 nəfər - qadınlar: 295 nəfər) olmuşdur. Kənddə 121 ailə yaşayır[1].
Ərdəbildən 101 km cənub-şərqdə, Givi şəhərindən 15 km şimal-şərqdə, 37° 43' 30" şimal enində və 48° 24' 54" şərq uzunluğunda, dəniz səviyyəsindən 1970 m yüksəklikdə yerləşir. Şimal, şərq və qərbdən Talış dağları, cənubdan İstisu, cənub-şərqdən isə Ney Əhməd beyg kəndləri ilə əhatə olunub.
Kəndin əhalisi azərbaycanlılardır və Azərbaycan dilində danışırlar.[2]
Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və qismən əkinçilikdir.
Kənddə ibtidai məktəb fəaliyyət göstərir.
Havaşanın əhalisinin 100% müsəlmandır və hamısı şiə təriqətinə (İsnə Əşəriyyə) məxsusdur.