Haworthia retusa | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Haworthia retusa |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Haworthia retusa — Cənubi Afrikadakı Western Cape Əyalətindəki Riversdale regionunda çok kiçik bir ərazidə endemik olan Asphodelaceae fəsiləsinin Haworthia cinsinin çiçəkli bitkilərinin bir növüdür.
10 sm (3,9 inç) uzunluğa və genişliyə qədər böyüyən, qalın üçbucaq formalı yarpaqları və 50 sm (20 inç) uzunluğundakı salxımlarda düzülmüş kiçik ağ boru formalı çiçəkləri olan, çok illik bir sukulentdir. Təbii yaşam arealı alçaq təpəliklər və daha düz ərazilərdir. Yaxın qohumu olan Haworthia turgida, şimaldakı daha dik, daha qayalıq və daha dağlıq ərazidə yaşayır. Digər xüsusiyyətlərinə görə bu iki növ bir-birlərinə oxşar olduqlarından H.turgida növünə H.retusa'nın dağlıq ərazidə yetişən forması demək olar.
Haworthia cinsi adı İngilis botanik Adrian Hardy Haworthun(1767–1833) şərəfinə adlandırımışdır. Növün adı Latıncadan "yenidən istifadə olunmuş" yarpaq forması mənasındadır.
Əsas fərqləndirici xüsusiyyəti yarpaq sonluqlarının şəffaf və üçbucaq formada olmasıdır. Bu yarpaq quruluşu deltoid adlanır. Bu növ digərlərindən şəffaflığın yalnız uc hissədə olması ilə ayırd edilir. Yarpaqlar sututardır, lətli yarpaqdır. Bitki rozet formadadır. Öz təbii areallarında bir rozet əmələ gətirirlər. Yetişdiricilikdə isə bir neçə rozet əmələ gətirə bilər. Köklər qalınlaşmışdır. Çiçəkləri sütun boyu düzülmüşdür. Çiçəkləri cəlbedici deyil. Xırda və görkəmsizdir. Öz-özünə mayalanma gedir və nəsil verə bilir.
Bu cins Aloe ailəsindəndir. Ona görə də qulluq qaydaları demək olar ki, Aloe ilə eynidir. Aydıqlıq-yarı kölgəli yeri sevir, səhər günəşi inkişafına yaxşı təsir edir. Amma gün boyu günəş altına və qızmar günəşə məruz qoymaq olmaz. Əgər yarpaqlarında qızarma, qonurlaşma olursa, deməli günəş işığına çox məruz qalıb. Suya orta tələbkardır. Torpağı quruduqca və bütün torpağı islanacaq şəkildə sulanmalıdı. Soyuğa və istiyə davamlıdır. −1 °C temperatura qədər dözə bilər. Amma otaq temperaturunda daha yaxşı inkişaf edir. Çiçəklənməsi üçün qışda dincəlmə dövrünə salınmalıdır. Dincəlmə dövründə temperaturu 10 °C-yə qədər endirmək (daha artıq endirmək olmaz) olar. Çiçəkləri çiçək saplağında sıra ilə düzülür. Görkəmsiz çiçəklərə sahibdirlər. Özü özünə tozlanma baş tutur və toxum əmələ gəlir. Bu toxumlarla bitkini çoxaltmaq olar. Ancaq toxumla çoxaltmaq uzun müddət alır. Buna görə də bitkini əsasən yeni körpə rozetlərlə çoxaldırlar. Bitkiyə yaxşı qulluq edilərsə, bir müddət sonra bitkinin dibində körpə rozetlər inkişaf edir. Əkərkən münbit torpağa bir az qum, daş-çınqıl, kərpic qırıntıları qarışdırmaq olar. Bu, bitkini öz təbii şəraitində hiss etdirəcək. Bu da onun daha yaxşı böyüməsinə və köklərinin daha yaxşı inkişafına səbəb olacaq.