Hayle Selassi | |
---|---|
amh. ኃይለ፡ ሥላሴ | |
Doğum tarixi | 23 iyul 1892[1][2][…] |
Vəfat tarixi | 27 avqust 1975[3][1][…] (83 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, monarx |
Vikianbarda əlaqəli mediafayllar |
Hayle Selassi (Amharca ቀዳማዊ ኃይለ ሥላሴ, Üçləmənin gücü[4]), əsl adı Tafari Makonnen (ተፈሪ መኮነን)[5], (d. 23 iyul 1892 — ö. 27 avqust 1975) — Efiopiyanın son imperatoru (1930–1974).
Yamaykada H. I. M. (His Imperial Majesty) olaraq tanınır. Ləqəbi Nequse Neqest (Krallar kralı) idi və özünü Süleymanın 225-ci xələfi olaraq tanıdırdı. Ölkəsinin modernləşməsinə öndərlik edərək İkinci Dünya müharibəsi sonrası Afrika siyasi həyatında əhəmiyyətli bir mövqe əldə etməsini təmin etmiş və Əddis-Əbəbəyı Afrika Birliyi Təşkilatının (OAU) əsas mərkəzi vəziyyətinə gətirmişdir. 1974-cü ildə SSRİ-nin dəstəyi baş verən hərbi çevrilişlə taxtdan salınmışdır.
Tafari Makonnen adıyla şərqdəki bir əyalət olan Harerdə oranın qubernatorunun oğlu olaraq dünyaya gəlib. Xristian-Pravoslav aristokratiyanın ayaqlanmasıyla ölən əski kral II Menelikin və orta qüvvələrin dəstəkçisi olaraq tanınan dəstəkçisi V İyasu Liul Liy, 2 noyabr 1930-cu ildə aşaraq I. Hayle Selassi adıyla iqtidara gəlmişdir.
Yamaykada ortaya çıxan Pan-Afrikali fikirli Rastafari inancında bir peyğəmbər olaraq qəbul edilir.