Hektor Berlioz

Hektor Berlioz
fr. Hector Berlioz
Ümumi məlumatlar
Doğum adı Louis-Hector Berlioz
Doğum tarixi 11 dekabr 1803(1803-12-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 mart 1869(1869-03-08)[1][3][…] (65 yaşında)
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti jurnalist, dirijor, yazıçı, avtobioqraf[d], musiqi tənqidçisi[d], librettoçu, virtuoz, kitabxanaçı, bəstəkar
Fəaliyyət illəri 1815-ci ildən
Janrlar opera, simfoniya, klassik musiqi
Musiqi alətləri gitara, fleyta, saksofon
Təhsili
Üzvlüyü
Mükafatları "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri
İmzanın şəkli
hberlioz.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Hektor Berlioz, Paris, 1855

Hektor Berlioz (fr. Louis-Hector Berlioz, Lui-Ektor Berlioz) (11 dekabr, 1803 – 8 mart, 1869) — fransız romantik bəstəkarı. "Fantastik simfoniya" və "Grand messe des morts" (Rekviyem) ona məşhurluq gətirən bəstələrindəndir. Müəllifi olduğu "Treatise on Instrumentation"la Berlioz müasir orkestrin formalaşmasına əhəmiyyətli təsir etmişdir. Bəzi əsərlərini bəstəkar nəhəng orkestr heyəti üçün nəzərdə tutmuş, bundan başqa dirijor olaraq 1000-dən çox musiqiçi heyəti olan konsertləri aparmışdır. 50-yə yaxın mahnının müəllifidir.

Fransanın cənub-şərqində yerləşən Kot-Sent-Andre (İzer) şəhərciyində həkim ailəsində anadan olmuşdur. 1821-ci ildə tibb təhsilini almaqda olan Berlioz valideynlərinin etirazına baxmayaraq tibbi dayandırıb özünü musiqiyə həsr etmişdir. 1825-ci ildə Paris şəhərində onun ilk iri tutumlu əsəri olan "Təntənəli messa" ilk dəfə publika qarşısında tamamilə müvəffəqiyyətsiz ifa edilmişdir. 1826-1830-cu illərdə Berlioz Paris konservatoriyasında Jan Fransua Lesuer və A.Reyxidən dərslər almışdır. 1828-1830-cu illərdə ifa olunan Berliozun daha bir neçə əsəri – "Vverley" üverturası, "Framcs-juges" və "Fantastik simfoniya" (artistin həyatından epizod) da xüsusi müvəffəqiyyət qazanmasa belə ictimaiyyətin diqqətini gənc bəstəkara yönəldmişdir. 1828-ci ildən başlayaraq Berlioz musiqi kritiki olaraq da fəaliyyətə başlamışdır.

"Sardanapal" kantatasına görə 1830-cu ildə Roma mükafatını almış bəstəkar İtaliyada stependiat olaraq yaşamasına baxmayaraq, 18 aydan sonra oradan İtaliya musiqisinin qəti əleyhdarı olaraq qayıdmışdır. Öz səfərindən Berlioz "Kral Lir" uvertürasını və "Fantastik simfoniya"nın davamı olan "Le retour à la vie" simfonik əsərini gətirmişdir. 1932-ci ildə Parisə qayıdaraq bəstəkarlıq, dirijorluq və tənqidçilik fəaliyyəti ilə məşğul olmuşdur.

1834-cü ildən Berliozun Parisdəki vəziyyəti xüsusilə yenidən qurulmuş "Gazette musicale de Paris"də, daha sonra isə "Journal des Débats"da işə başlaması ilə yaxşılaşmışdır. Bu nəşrlərin hazırlanmasında 1864-cü ilə qədər iştirak edən Berlioz sərt və ciddi tənqidçi şöhrəti qazanmışdır. 1839-cu ildə o konservatoriyanın kitabxanaçısı vəzifəsinə, 1856-cı ildən isə Akademiyanın üzvlüyünə qəbul olunmuşdur.

Onun şəxsi həyatını bədbinləşdirən bir sıra qəmgin hadisələr haqqında isə o təfərrüatları ilə öz "Memuarlar"ında (1870) nəql etmişdir. Onun ilk nikahı irlandiyalı aktrisa Qarriet Smitson ilə olmuş və 1843-cü ildə boşanma ilə başa çatmışdır. Onun ölümündən sonra Berlioz müğənni Mariya Resio ilə nikah bağlamış, lakin o da 1854-cü ildə qəfildən vəfat etmişdir. Berliozun ilk nikahından olan oğlu isə 1867-ci ildə vəfat etmişdir. Bəstəkarın özü 8 mart 1869-cu ildə tək-tənha dünyasını dəyişmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Berlioz – musiqidə romantizmin parlaq nümayəndəsi, romantik proqramlı simfoniyanın yaradıcısıdır. Onun incəsənəti ədəbiyyatda V.Hüqonun və ya rəssamlıqda Delakruanın yaradıcılığı ilə bir çox cəhətdən oxşarlıq təşkil edir. O, cəsarətlə musiqi forması, harmoniyası və ifası sahələrində yenilikləri tətbiq etmiş, simfonik musiqinin teatrallaşdırılmasına və əsərlərin nəhəng miqyaslara gətirilməsinə can atmışdır.

1826-cı ildə yunanların Osmanlı İmperiyasına qarşı azadlıq uğrunda mübarizəsinə həsr olunmuş "Yunan inqlabı" kantatası yazılmışdır. 1830-сu il "Böyük iyul inqlabı" zamanı inqilabı mahnılarla, xüsusilə də onun tərəfindən orkestr və xor üçün təkmilləşdirilmiş "Marselyeza" ilə geniş şəkildə məşğul olmuşdur. Bəstəkarın bir sıra iri tutumlu əsərlərində inqilabi mövzu öz əksini tapmışdır: "Rekviyem"(1837) – İyul inqilabının qəhrəmanları xatirəsinə yaradılmışdır; "Matəm-triumfal simfoniya" (1840)- İyul hadisələrinin qurbanlarının külünün rəsmi köçürülmə mərasimi üçün yazılmışdır.

Hektor Berliozun tərzi artıq onun "Fantastik simfoniyası"nda (1830, altbaşlıq – "Rəssamın həyatından epizod") müəyyən olmuşdur. Bestəkarın bu məşhur əsəri – ilk romantik proqramlı simfoniyadır. Burada öz dövrünün tipik əhval ruhiyyəsi əks olunub (reallıqla barışmamazlıq, yüksək emosionallıq və həssaslıq). Rəssamın subyektiv təəsüratları simfoniyada ictimailəşdirilir, uğursuz məhəbbət faciə səviyyəsində dəyərləndirilir.

Hektor Berlioz musiqinin inkişafına sadəcə olaraq bəstələri ilə deyil, eyni zamanda ifa etmə incəlikləri və dirijorluq sahəsində tətbiq etdiyi yeniliklərlə önəmli xidmət göstərmişdir. Onun yaratdığı instrumentovka bir çox dilə tərcümə edilərək bu gün də aktuallığını itirməmişdir. Vaqnerlə birlikdə Berlioz yeni dirijorluq məktəbinin banilərindən hesab olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Louis Hector Berlioz (fr.). ministère de la Culture.
  3. Hector Berlioz // Internet Broadway Database (ing.). 2000.
  4. 1 2 Archivio Storico Ricordi. 1808.
  5. Find a Grave (ing.). 1996.