Helvetika (Helvetica lat.) — neo-qrotesk sinfinin şriftlər ailəsinə və nışanı (kərtiyi) olmayan şriftlər üslubuna aid edilir.
Şrift işveçrə şirkəti Haas’sche Schriftgiesserei Akzidenz-Grotes (1896) və [1] (1880) şriftlərin əsasında 1957-ci ildə yaranmışdır . İlk adı Neue Haas Grotesk olub.
1960-cı ildə Stempel AG şirkətinin baş ofisinin tapşırığına görə şriftin adı dəyişildi. İlk öncə İsveçrənin qədim latın adı olan Helvetia, yanı Helvesiya, təklif olundu. Sonradan Helvetica adına dəyişildi, latın dilindən hal hazrdaki adı "isveçrə" (sifət mənasında) deməkdir. Şrift Linotype şirkətinə məxsusdur.
1983-cü il— Linotype şirkəti erkən "Helvetika" şrifti əsasında "Noye Helvetika"(Helvetica) şrifti yaratdı.
2001-ci ildə— Linotype şirkəti simvolun sayı artmış "Helvetica World" şriftini yaratdı. Şriftə müxtəlif riyazi, uydurma qrafik və qeyri-latın əlifbaların simvolları daxil olundu.
Ümumiyyətlə Helvetica World şriftin tərkibində hər bir cızmasının 1866 müxtəlif qlifi(simvolu) vardır.
Helvetica nişanı(kərtiyi) olmayan ən çox istifadə edilən şriftlərdəndir. Latın, yunan, kiril, yahudi, yapon, koreya, hindi, urdu, vyetnam və khmer əlifbası üçün versiyaları mövcuddur.
Helvetika şrifti müxtəlif beynəlxalq şirkətlərin logosunda istifadə olunub: "3M, AGFA, AT&T, BASF, Bayer, Blaupunkt, BMW, Energizer, GM, Husqvarna , Intel, Jeep, Lufthansa, Motorola, Nestle, Olympus, Panasonic , Placebo, Stimorol, Samsunq, Sanyo, Texaco, Toyota, Zanussi". Həmçinin Azərbaycanda da Helvetika reklam agentlikləri tərəfindən ən çox istifadə olunan şriftlər siyahısına daxildir. Bir çox yerli şirkətin loqotip dizaynında da Helvetika sriştindən istifadə olunub.
2007-ci ildə şrifin 50 illiyinə həsr olunan "Helvetika" tammetrajlı dokumental filmi çəkildi.
Bu məqalə qaralama halındadır. |