Hemangioma

Hemangioma
XBT-10-KM D18.00, D18.0
XBT-9-KM 228.0[1], 228.00[1]
XBT-O 9120/0
DiseasesDB 30033
MedlinePlus 001459
MeSH D006391
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hemangioma — qan damarlarının kistşəkilli genişlənməsi və qan dövranının yavaşıması ilə xarakterizə olunan törəmədir. Genişlənən damardan asılı olaraq kapillyar və kavernoz hemangiomalar ayırd edilir. Kapillyar hemangiomlar kapillyarların genişlənməsi olub çox kiçikdirlər. Kavernoz hemangiomalar isə, böyük damarların genişlənməsi nəticəsində əmələ gəlir və ölçüsünə görə kiçik (<5 sm), orta (5–10 sm) və böyük (>10 sm) ola bilir. Klinik gedişinə görə isə, asimptomatik, simptomatik və ağırlaşmış formaları var.

Hemangiomalar qaraciyər törəmələri arasında metastatik şişlərdən sonra ikinci, xoş xassəli şişlər arasında isə, birinci yerdə duran törəmədir.[2][3]

  1. 1 2 Disease Ontology (ing.). 2016.
  2. N. Y. Bayramov. Qaraciyər rezeksiyası (PDF). Ankara. 1998. 273. ISBN 975-94665-3-8.
  3. N. Y. Bayramov. Qaraciyərin cərrahi xəstəlikləri (PDF). Bakı: Print-Qismət. 2012. 327. ISBN 978-9952-460-27-8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]