Henle ilgəyi

Henle ilgəyi
Böyrək kanalcıqlarının və qan təchizatının sxemi
Böyrək kanalcıqlarının və qan təchizatının sxemi
Latınca ansa nephroni
Qrey subyekt 253 1223
Sistem Sidik-cinsiyyət
Üzv Böyrək
Embrional lat. blastema metanephrogenicum
MeSH loop+of+henle
Dorlands/Elsevier 12138619
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Henle ilgəyi – nefronun bir hissəsi, proksimal və distal böyrək kanalıqlarını birləşdirən ilgək. Henle ilgəyinin əsas funksiyası su və ionların reabsorbsiysı və sidik cövhərinin mübadiləsini təmin etməkdir. Henle ilgəyi iki ayaqcıqdan ibarətdir: enən ayaqcıq (lat. crus descendens) və qalxan ayaqcıq (lat. crus ascendens); bunların ən dar hissəsinə boğaz – lat. isthmus deyilir. Bu boğaz əksərən enən ayaqcığın qalxan ayaqcığa keçən yerində olur; bəzən isə enən və ya qalxan ayaqcıqda təsadüf olunur[1]. Alman anatomu və həkimi Yakob Henle (19 iyul 1809, Fürt; † 13 may 1885, Göttingen) nefronun quruluşunu tədqiq edərkən kəşf etdiyi ilgək onun adı ilə Henle ilgəyi adlandırılmışdır.

  1. Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, Sidik-cinsiyyət aparatı, Böyrəklər, "MAARİF" Nəşriyyatı, Bakı – 1979, səh 158.
  • Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979