Henri Devid Toro | |
---|---|
ing. Henry David Thoreau | |
Doğum adı | David Henry Thoreau |
Doğum tarixi | 12 iyul 1817[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 may 1862[1][2][…] (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Təhsili | |
Fəaliyyəti | şair, filosof, esseist, avtobioqraf[d], gündəlik yazıçısı[d], tərcüməçi, yazıçı, təbiətşünas, ətraf mühit fəalı |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət | Avropa fəlsəfəsi |
Janr | transsendentalizm |
Tanınmış əsərləri | |
Henri Devid Toro Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Henri Devid Toro (12 iyul 1817[1][2][…], Konkord[d], Konkord[d], ABŞ və ya Konkord[d], Massaçusets[3] – 6 may 1862[1][2][…], Konkord[d], ABŞ[3]) — Amerika idealist filosofu və yazıçısı; Ralf Uold Emersonun başçılıq etdiyi Transsendentalistlər dərnəyinin üzvü. Toronun baxışları Avropa romantiklərinin, xüsusilə Karleylin və Russonun təsiri altında təşəkkül tapmışdır. Şərq fikrinin təsiri də görünür. Xırda burjua mövqelərindən kapitalizmin istismarçı mahiyyətini, onun mədəniyyətini tənqid etmişdir. O yazırdı: "Bir sinfin dəbdəbəsi digər sinfin yoxsulluğu ilə tarazlığa gəlir. Bir tərəfdən saray, digər tərəfdən dilənçilər üçün sığınacaq… ("Uolden, yaxud meşədə həyat" əsərindən, 1854.)
Toro hesab edirdi ki, istənilən dövlət "kəmağıllıq xəstəliyinə tutulur" və bəlaya çevrilir. ABŞ dövləti haqqında o demişdir: "Onunla hər cür əməkdaşlıq insanı biabır edir".
Mütəfəkkirin fərdiyyətçi sosial-etik idealı – (azad, cəmiyyətdən asılı olmayan, təbiətə təzim edən şəxsiyyət) burjua quruluşuna onun mənfi münasibətinin nəticəsi idi.
Toronun fəlsəfi baxışları Panteizmdən ibarətdir; təbiətin və ümumdünya zəkasının qanunları (əxlaqi qayda da daxil olmaqla) biri-birinə uyğun gəlir.
İdrakın məqsədi həqiqətdir; bunu da biz əhatə olunduğumuz Allah reallığını, yəni Təbiəti anlamaqla əldə edirik.
ABŞ-də köləliyə qarşı mübarizə aparmış, vətəndaşlıq itaətsizliyi ideyasını irəli sürmüşdür; Con Braunun zənciləri müdafiə etməsini "nəcib şücaət" adlandırmışdı.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |