Henri Morqan | |
---|---|
ing. Sir Henry Morgan | |
| |
Doğum tarixi | |
Doğum yeri | Lnamurey, Uels |
Vəfat tarixi | |
Vəfat yeri | Laurensfild, Yamayka |
Vəfat səbəbi | Rinit, Sirroz |
Milliyyəti | Uelsli |
Fəaliyyəti | Dəniz qulduru |
Fəaliyyət illəri | 1635–1688 |
Vikianbarda əlaqəli mediafayllar |
Henri Morqan (ing. Sir Henry Morgan; 24 yanvar 1631[1], ehtimal ki, , İngiltərə krallığı – 25 avqust 1688[2][3][…]) — Uelsli Dəniz qulduru. Henri Morqan Karib hövzəsində Dəniz quldurluğu ilə məşğul olmuşdur. O, ən məşhur Uelsli Dəniz qulduru hesab olunur. Morqan, Karib hövzəsində donanma üstünlüyünü İspaniyadan Böyük Britaniyaya keçməsinə çalışırdı.
Henrinin, Monmoutşir valisi olan Robert Morqanın oğlu olduğu ehtimal olunur. Bristol şəhərinin arxivlərində 1655-ci ilə aid bir sənəddə Henri Morqan Karib Hövzəsində yerləşən Barbados adasında kənd təsərüffatı ilə məşğul olduğu göstərilmişdir. Bu məlumatdan başa Henri Morqan haqqında 1655-ci ilə qədər heç bir məlumat yoxdur. Henrinin şəxsi həyatı barədə əsas məlumatlar onun xatirələrindən öyrənilir. Öz xatirələrində Morqan məktəbi gənc yaşlarda tərk etdiyini, qələmdən daha çox oxa üstünlük verdiyini yazmışdır. Henrinin Panamada şəxsi həkimi olmuş Ricard Brou öz qeydlərində bu şəxs barədə bəzi məlumatlar vermişdir. Həmin məlumatlara əsasən Morqan 1655-ci ildə fəthedilən Yamaykaya 1658-ci ildə gəlmiş və burada qısa müddətə varlanmışdır.
Henri Morqanın əmisi Edvard Morqan İngiltərə şahzadəsi II Carlsın yaxın dostu olmuşdur. II Carls taxta çıxdıqdan sonra o, Edvard Morqanı Yamaykaya vali təyin etmişdir. Bu təyinatdan sonra Henri Morqan Yamaykaya gələrək Edvard Morqanın qızı ilə evlənmişdir. Bu evlilikdən sonra nüfuzunu artıran Henri dəniz səfərlərinə başlamışdır. Tarixi mənbələrdə 1663-cü ildə Amerika sahilləri boyunca yerləşən İspan müstəmləkələrinə hücüm etmiş ingilis donanması və həmin donanmanın rəhbəri Kristofer Mings və onun bosmanı Kapitan Morqan adlı bir şəxsdən bəhs olunur. Bir çox tarixçilər Kapitan Morqanın Henri Morqan olduğunu ehtimal edirlər. Vildemos, Honduras və Qranada şəhərlərinə edilən hücumlarda Kapitan Morqanın böyük dağıntılar törətdiyi məlumdur.
1665-ci ildə Morqan Edvard Mansfildin rəhbərliyində ki, gəmidə işləməyə başlamışdır. Həmin gəmi XVIII əsrdə Karib hövzəsində ispan gəmilərinin gəniminə çevrilmiş onlarla gəmidən biri idi. İngiltərə İspaniyanın okeanlardakı nüfuzunu zəiflətmək üçün dəniz quldurlarını və şəxsi gəmiləri İspaniya əleyhinə fəaliyyət göstərməyə şirnikləndirirdi. Bu gəmilər qanuni baxımdan heç bir dövlətə məxsus deyildi və dəniz quldurluğu ilə məşğul olurdular. Ancaq İngiltərə dövləti bu tip gəmilərə quldur gəmisi formasıda adlandırılmasına qarşı olduğundan, belə gəmiləri özəl gəmilər deyirdi. Edvard Mansfildin ispanlar tərəfindən öldürülməsindən sonra gəmi heyəti yeni kapitanları kimi Henri Morqanı seçdilər. Bununla da Morqanın quldurluq fəaliyyəti rəsmən başlamışdır.