Hepatorenal sindrom | |
---|---|
XBT-10-KM | K76.7 |
XBT-9-KM | 572.4[1][2] |
MedlinePlus | 000489 |
MeSH | D006530 |
Vikianbarda əlaqəli mediafayllar |
Hepatorenal sindrom — ağır qaraciyər xəstələrində böyrək funksiyalarının pozulması və hətta böyrək çatışmazlığı ilə müşayiət olunan patoloji vəziyyət.[3]
Bərabər zamanlı meydana gələ bilən karbontetraxlorid zəhərlənməsi, bəzi mikotoksinlərə məruz qalma, ya da Vilson xəstəliyində müşahidə edilən mis toksikliyi kimi vəziyyətlər belə bu zaman kənarda qalır. Ayrıca, irəli dərəcədə qaraciyər çatışmazlığı zamanı ortaya çıxan və kəskin tubulyar nekroz və böyrək çatışmazlığına səbəb olan qan dövranı problemləri belə bu sindroma aid deyil. Qaraciyər çatışmazlığı düzələrsə böyrək funksiyaları da sürətlə əvvəlki halına geri dönür. Bu halın ortaya çıxmasının səbəbi tam olaraq bilinməsə de araşdırmalar, daxili orqanlarda vazodilatasiyanın və sistemik vazokonstruksiyanın böyrəkdə, xüsusilə də korteksdə qan axımında irələ dərəcəda azalmaya yol açdığı göstərilməkdədir. Tipik olaraq bu sindromun başlanğıcında, sidik miqdarında azalma və qan azot məhsullarının və kreatinin miqdarında bir artım müşahidə edilir. Sirozlu xəstələrdə hepatorenal sindrom ehtimalı təqribən 1 ildə 20%, 5 ildə 40%-dir. Hiponatremiya və azotemiya hepatorenal sinromun xarakterizə edir. Sidikdə natrium konsentrasiyası 10 mq/l-dən aşağıdır. Sidik sedimenti normaldır. Sidik/plazma kreatinin nisbəti >30, sidik/plazma osmolyarlığı >1-dir. Hepatorenal sindromun müalicəsində, böyrək çatışmazlığının spesifik səbəbləri inkar edilməlidir (yəni kəskin tubulyar nekroz, prerenal azotemiya, dərman nefrotoksikliyi ya da daha öncədən olan böyrək xəstəliyi). Qaraciyər transplantasiyası namizədi olan xəstələr üçün hemodializ düşünülməlidir. Prostaglandin E1, dofamin, peritovenoz şunt və TİPS-dir (transjugular intrahepatik şunt).
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |