Hepatosellular xərçəng | |
---|---|
XBT-10 | C22.0 |
XBT-10-KM | C22.0 |
XBT-9 | 155 |
XBT-O | 8170/3 |
OMIM | 114550 |
DiseasesDB | 7547 |
MedlinePlus | 000280 |
MeSH | D006528 |
Vikianbarda əlaqəli mediafayllar |
Hepatosellular xərçəng (HSX) — hepatositlərdən inkişaf edən, qaraciyərin ən çox rast gələn birincili bəd xassəli şişi olub, birincili xərçəngin 80%-ni təşkil edir. Sənaye ölkələrində bütün şişlər arasında 0,2–0,8%, bitki qidaları çox istifadə edilən ölkələrdə isə, 5,5–20% hallarda rast gəlir. Ən çox 60–70 yaşlarında və kişilərdə (qadınlardan 2,5 dəfə çox) rast gəlir. Yüksək riskli ölkələrdə isə, daha çox 30–40 yaşlarında müşahidə edilir.[1]