Herakl mağaraları

Herkules mağaraları
ərəb. مغارة هرقل
Ümumi məlumatlar
Kəşf tarixi 1878
Ətraf süxurları əhəng daşı
Giriş sayı 2
İşıqlandırma Elektrik
Yerləşməsi
35°45′36″ şm. e. 5°56′51″ q. u.HGYO
Ölkə  Mərakeş
Region
  • Tanca-Titvan
Herkules mağaraları xəritədə
Herkules mağaraları
Herkules mağaraları
Herkules mağaraları xəritədə
Herkules mağaraları
Herkules mağaraları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Herakl mağaraları (ərəb. مغارة هرقل‎) — Mərakeşin Tanca-Titvan regionunda yerləşən mağara.

Karst tipli olan Herakl mağaraları Tanjer şəhərindən 14 kilometr qərbdə yerləşir.[1] Herakl mağarlarının biri quruya, biri dənizə olan 2 çıxışı var. Ehtimal var ki, dənizə olan çıxışı Finikiyalılar yaradıb. Maraqlıdır ki dənizə olan çıxış Afrika qitəsinin formasını xatırladır, ona görə də mağaranın başqa adı "Afrika Mağarası"dı.[1] Təbii yaranan Herakl mağaralarını Berberlər xeyli genişləndirdilər, onlar zeytun yağının istehsalı üçün istifadə edilən dəyirman daşılarını düzəltmək üçün mağaranın divarlarından daşlar götürürdülər [2]

E.ə. 6000-cü il — neolit dövrünün yaşayış məskəni

1878-ci il — mağara yenidən aşkar edildi

1900-cu illər — mağara fahişəxana kimi istifadə olunub[2]

1920-ci il —  mağara publika üçün açıldı

1952=ci il —  Milli irs obyekti elan edildi

1982-ci il —  elektrik fənərlər quraşdırıldı

1995-ci il oktyabrın 23-ü — Britaniyanın Def Leppard rok qrupu mağarada konsert verdi.[3] Həmin gün LondonVankuverdə də çıxış etməklə Def Leppard qrupu bir gün ərzində üç qitədə üç konsert verən dünyanın ilk rok qrupu oldu və Ginnesin Rekordlar Kitabına daxil edildi.[4]

2003-cü il dekabrın 20-si —  bir sıra tikinti işlərinin yaratdığı daş sürüşməsindən sonra publika üçün bağlandı[1]

2004-cü il yanvar ayı —  mağara yenidənqurma işləri ilə əlaqədar bağlandı

2015-ci il sentyabr ayı — Mərakeş kralı VI Mohamedin 2 illik bərpaedilmə işlərindən sonra yenidən açıldı

Maöara uzun müddət "dibsiz" sayılırdı. Əfsanəyə görə, bu mağaradan Cəbəllütariq boğazının altından keçib, 24 kilometr yol qət edərək Cəbəli-Tariq qayasında yerləşən Müqəddəs Mixail mağarasına çıxmaq olar. Əfsanəyə görə, Berberi makakaları Afrikadan Cəbəllütariğa məhz belə keçiblər.

Digər əfsanədə deyilir ki, buranın Herkules mağaraları adlandırılmasının səbəbi odur ki, Herakl 11-ci qəhrəmanlığını etmədən öncə burada istirahət edib. Onun 11-ci qəhramanlığı təxminən Hesperidin bağından qızıl almalar oğurlamaq idi.

  1. 1 2 3 Grottes d'Hercules — The Caves of Hercules — Cave of Africa Arxivləşdirilib 2018-05-19 at the Wayback Machine (ingiliscə) showcaves.com
  2. 1 2  Caves of Hercules Arxivləşdirilib 2016-06-11 at the Wayback Machine  (ingiliscə) fodors.com
  3.  Visiting the Caves of Hercules in Tangier, Morocco Arxivləşdirilib 2016-05-30 at the Wayback Machine  (ingilscə)  (fransızca)  (ispanca)  bluedoorhotel.com, 11 aprel 2012
  4. "Tangier: Hercules Cave (Grottes d'Hercules)" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine