Herbert Klark Huver | |
---|---|
ing. Herbert Clark Hoover | |
4 mart 1929 – 4 mart 1933 | |
Vitse-prezident | Çarlz Körtis |
Əvvəlki | Kalvin Kulic |
Sonrakı | Franklin Delano Ruzvelt |
Şəxsi məlumatlar | |
Doğum adı | Herbert Clark Hoover |
Doğum tarixi | |
Doğum yeri | Vest Branç, Ayova, ABŞ |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Nyu-York, Nyu-York ştatı, ABŞ |
Vəfat səbəbi | kolorektal xərçəng |
Partiya | Respublikaçılar partiyası |
Təhsili | Stenford Universiteti |
İxtisası | Mühəndis, biznesmen |
Fəaliyyəti | siyasətçi, mühəndis, yazıçı, mədən mühəndisi, geoloq, iş adamı, dövlət xadimi |
Atası | Сes Huver |
Anası | Hulda Mintorn Huver |
Həyat yoldaşı | Lu Huver |
Uşaqları |
Herbert Klark Huver Alan Henri Huver |
Dini | Kvaker |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Herbert Klark Huver (ing. Herbert Clark Hoover; 10 avqust 1874, Vest Branç, Ayova, ABŞ — 20 oktyabr 1964, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 31-ci prezidenti (1929–1933).
Alman əsilli ailədə dünyaya gəlmişdir. Atasının ilkin soyadı Huber olmuşdur. 1880-ci ildə, 6 yaşında ikən atasını, 10 yaşında isə anasını itirən Herbert Huver əvvəlcə 18 ay əmisi Allen Huverin, 1885-ci ilin noyabrından isə öz oğlu bir il əvvəl vəfat edən dayısı Con Mintornun yanında yaşayır.
1891-ci ildə o vaxt yeni yaradılmış Stenford Universitetinə qəbul olmuş və 1895-ci ildə geoloq-mühəndis ixtisası üzrə buranı bitirmişdir.
Sonralar ixtisası üzrə Avstraliyada və Çində işləmişdir.
1914-cü ildə Birinci dünya müharibəsinin başlaması ilə Londonda 120 000 ABŞ vətəndaşının Avropadan çıxarılmasının təşkili ilə məşğul olur. 1917-ci ildə ABŞ-nin müharibəyə qatılmasından sonra prezident Vudro Vilson tərəfindən ABŞ Ərzaq Xidmətinin rəhbəri təyin olunur.
1928-ci il prezident seçkilərində rəqibi Alfred Smit üzərində kəskin fərqlə qalib gələrək prezident seçildi. Hamı yaxşı menecer kimi tanınan Huverin prezidentliyindən daha böyük iqtisadi inkişaf gözlədiyi halda 1929-cu ilin oktyabrında Nyu-York Birjasında başlayan geriləmə və bunun ardından başlayan "Böyük Depressiya" ABŞ tarixində ən böyük iqtisadi itkilərlə müşahidə olunmuşdur. Bu proses Herbert Huverin imicinə ciddi zərər vurmaqla yanaşı, həm də 1932-ci il seçkilərində Franklin Delano Ruzveltə uduzması ilə nəticələndi.
Huver 1964-cü il oktyabrın 20-si saat 11:35-də, hakimiyyətdən getdikdən 31 il 7 ay sonra vəfat etmişdir. Bu göstərici ilə o, eks-prezident statusunda ən uzun müddət qalmış ABŞ prezidentidir. Onun üçün rəsmi dəfn mərasimi keçirilmiş və özündən 20 il əvvəl vəfat edən xanımı ilə birlikdə Vest-Brançda (Ayova) dəfn edilmişdir.