Herbert Xamison | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Herbert Brotherson Xamison |
Vətəndaşlığı | Birləşmiş Ştatlar |
Doğum tarixi | |
Doğum yeri | Peoriya, Birləşmiş Ştatlar |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | Peoriya, Birləşmiş Ştatlar |
Boyu | 173 sm |
Çəkisi | 69 kq |
İdman növü | Yüngül atletiкa |
Herbert Xamison (d. 17 sentyabr 1875; Peoriya, Birləşmiş Ştatlar - ö. 22 iyun 1938; Peoriya, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb.
Herbert Xamison 1875-ci ilin 17 sentyabr günündə Birləşmiş Ştatların İllinoys ştatının Peoriya şəhərində anadan olub. 1938-ci ilin 22 iyun tarixində isə elə həmin şəhərdə ömrünün 62-ci yaşında vəfat edib.
Herbert Xamison 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 400 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Xamison təsnifat mərhələsində 56.8 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 55.2 saniyə nəticəyə imza atan Herbert Xamison I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.