Herman Van Rompöy | |
---|---|
nid. Herman Van Rompuy | |
| |
Avropa Şurasının Sədri | |
Əvvəlki | Fredrik Raynfeld |
Belçikanın 66-cı baş naziri | |
30 dekabr 2008 – 25 noyabr 2009 | |
Monarx | II Albert |
Əvvəlki | İv Leterm |
Sonrakı | İv Leterm |
12 iyul 2007 – 30 dekabr 2008 | |
Əvvəlki | Herman De Kro |
Sonrakı | Patrik Deval |
Şəxsi məlumatlar | |
Doğum adı | Herman Achille Van Rompuy |
Doğum tarixi | |
Doğum yeri | Etterbek, Belçika |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, iqtisadçı |
Uşağı | 4 |
Dini | katolisizm |
|
|
Herman Van Rompuy | |
Vikianbarda əlaqəli mediafayllar |
Herman Van Rompöy (nid. Herman Achille Van Rompuy[1], tələffüzü [ˈɦɛɾmɑn vɑn ˈɾɔmpœy] ( dinlə); d. 31.10.1947) — belçikalı siyasətçi, Avropa Şurasının ilk daimi və uzunmüddətli dövr üçün seçilən sədri. Xristian demokrat flamand partiyasından 30 dekabr 2008-ci ildən 25 noyabr 2009-cu ilədək Belçikanın 66-cı baş naziri.
Lissabon sazişinədək Avropa İttifaqına üzv dövlətlərin baş nazirləri rotasiya qaydasında 6 ay ərzində Avropa Şurasının sədri vəzifəsini tuturdular. Bəzən Van Rompöyün vəzifəsi səhvən Avropa İttifaqının Prezidenti və ya Avropa İttifaqı Şurasının Prezidenti kimi də təqdim edilir,[2][3] lakin birinci vəzifə hələ ki, mövcud deyil, ikincisi isə Avropa İttifaqına üzv dövlətlərin hökumətləri tərəfindən rotasiya qaydasında 6 ay müddətinə icra edilir.
Avropa Komissiyasının Sədri (ing. President of the European Commission) və Avropa Parlamentinin Sədri (ing. President of the European Parliament) vəzifələrinin ingilis dilindəki adlarında istifadə edilən President sözü Azərbaycan dilinə məhz "sədr" kimi tərcümə edilir. Bu səbəbdən Herman Van Rompöyün daşıdığı vəzifənin (ing. President of the European Council) Avropa Şurasının Sədri şəklində tərcümə edilməsi qanunauyğundur.