Hermanştadt döyüşü | |||
---|---|---|---|
Macarıstan–Osmanlı müharibələri | |||
![]() Yanoş Hunyadinin döyüşü. "Chronica Hungarorum". 1488-ci il/ | |||
Tarix | 18 mart və 22 mart 1442 | ||
Yeri |
Marosşentimbre və Hermanştadt, Macarıstan krallığı (indiki: Rumıniyanın Sıntimbru kommunası Sibiu şəhəri) |
||
Nəticəsi |
18 mart: Osmanlının qələbəsi 22 mart: Macarıstanın qələbəsi[1] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Hermanştadt döyüşü və ya Sibiu döyüşü — 18 mart və 22 mart 1442-ci ildə Macarıstan krallığı ilə Osmanlı imperiyası orduları arasında Marosşentimbre və Hermanştadt, indiki Rumıniyanın Sıntimbru kommunası Sibiu şəhəri yaxınlığında baş tutmuş döyüş. Macarıstan qüvvələrinə Yanoş Hunyadi komandanlıq edirdi. Hermannstadt, 1437-ci ildə Smederevo təxliyəsi və 1441-ci ildə Semendriya ilə Belqrad arasında baş tutmuş döyüşdə İshaq bəyin məğlubiyyətindən sonra Hunyadinin Osmanlılar üzərində üçüncü qələbəsi idi.
1438-ci ildə Osmanlı qarətçiləri Transilvaniyaya hücum etmişdilər. 45 günə qədər Osmanlılar heç bir maneə olmadan Transilvaniya sakslarının torpaqlarına, Macarıstan kəndlərinə və bazar şəhərlərinə hücum etmişdilər.[2]
1441-ci ildə Yanoş Hunyadi hakimiyyətə gəlmişdir. Hunyadi Serbiyada Osmanlılara hücum etmiş və Smederevo döyüşündə İshaq bəy məğlub etmişdir. Osmanlı sultanı II Murad 1441-ci ilin payızında elan etmişdir ki, 1442-ci ilin martında Macarıstan Transilvaniyasına basqın olacaq.[2] 1442-ci il martın əvvəllərində yürüş ağası Məzid bəy 16,000 axıncı süvari basqını ilə Transilvaniyaya soxulmuş, Dunay çayını keçərək Nikopolda Valaxiyaya daxil olmuş və dəstə şəklində şimala doğru yürüş etmişdir.[3]
Martın 18-də yepiskop Dyord Lepesin 2000 nəfərlik qüvvələri Sıntimbru yaxınlığında Məzidlə toqquşmuşdur. Osmanlılar saylı qüvvələrlə qələbə çalmış və Hunyadi geri çəkilməyə məcbur qalmışdır, lakin Məzid Hunyadini təqib etməmişdi. Lepes əsir götürülmüş və Məzid yepiskopun başını kəsmişdir.[4]
Hunyadinin ordusu Hermanştadt yaxınlığında yenidən toplanmişdi. Simon Kemeni zirehini Hunyadinin zirehinə dəyişmişdi ki, türklər onun Hunyadi olduğuna inansınlar. Kemeni birbaşa hücuma keçməli idi, Hunyadi isə Məzidin ordusunun arxasına keçəcəkdi. Kemeni döyüşdə həlak olmuş, lakin Hunyadi macar ağır süvariləri ilə birlikdə Məzidə hücum edərək onun ordusunu məğlub etmişdir. Məzid baş tutmuş döyüşdə həlak olmuşdur. Hunyadi Məzidin kəlləsi ilə Lepesin kəlləsini dəyişmişdir.[5]
Tarixçi Tamaş Palosfalvinin sözlərinə görə, Hunyadi ilk döyüş zamanı meydanda olmamışdı.[6]