Herseqovina (xorv. Hercegovina; serb. Херцеговина) — Bosniya və Herseqovinanın cənubunda yerləşən tarixi vilayət
1860—1913-cü illərə qədər «Köhnə Herseqovina» ərazisinə Monteneqro və Serbiyanın qərb hissəsini belə əhatə edirdi. Herseqovinanın əhalisi herseqovinalılardan ibarətdir. Herseqovinalılar əsasən xorvat, serb və boşnaklardan ibarətdir. Ərazisinin 49 % Serb Respublikasının psyına düşür. Əsas şəhərləri: Mostor və Trebine.
Herseqovina macar sözü olan herceg sözündən[1]. Vilayət bosniya feodalı Stepan Kosaçın adı ilə bağlıdır. O, 1448-ci ildə adını almışmışdır. Onun mülkiyyəti olan Xum vilayəti sonradan Herseqovina vilayəti adlanır. Türk hakimiyyəti illərində vilayətin adı türk. Hersek Sancağı olaraq tanınırdı.
Erkən orta əsrlərlə Herseqovinanın ərazisi çoxlu sayda müstəqil knyazlıqlardan ibarət idi. Şimali Herseqovina Serbiyanın tərkibinə daxil idi. Cənubi Herseqovina isə Orta əsr Xorvatiyasının tərkibi idi. I Tvrtkonun hakimiyyəti illərində ərazi XIV əsrin ortalarında Bosniyanın tərkibinə daxil idi. Onun ölümündən sonra Bosniya öz müstəqilliyini itirmişdir. 1463-cü ildə isə Osmanlı dövlətinin tərkibinə keçmişdir. Bundan sonra isə adi bir vilayətə çevrilmişdir. 1853-cü ildən vilayət Bosniya və Herseqovina adlandırılır.
1878-ci ildə Bosniya və Herseqovina Avstriya tətəfindən işğal edilir. 1908-ci ildə vilayət ləğv edilmişdi. Frans-Ferdinand Bosniyanın paytaxtı Sarayevoda ölürüldükdən sonra Birinci dünya müharibəsi başlamışdır. Avstriya-Macarıstan dağıldıqdan sonra Bosniya və Herseqovina Yuqoslaviya Krallığına daxil edilmişdir. İkinci Dünya müharibəsi dönəmində 1941 - 1945-ci illərdə Bosniya Müstəqil Xorvatiya dövlətinin tərkibinə daxil edilmişdir. Ancaq burada Yuqoslaviya partizan dəstələri faktiki bölgənin bir hissəsini nəzarətdə saxlayırdı. Müharibədən sonra bölgə vahid Bosniya və Herseqovina Sosialist Respublikasınln tərkibi olaraq Yuqoslavir Federativ Sosialist Respublikaslna daxil edilmişdir.
1992-ci ildə Yuqoslaviya dağıldıqdan sonra Bosniya və Herseqovina müstəqil dövlətə çevrilir. Ancaq burada yaşayan serblər və xorvatlar buna qarşı çıxırlar. Bu isə etnik münaqişəyə səbəb olur. Bosniya müharibəsi çoxlu sayda insan itkisinə səbəb olur. Deyton müqaviləsi ilə ölkə Bosniya və Herseqovina Federasiyası və Serb Respublikası olmaqla iki hissəyə bölünmüşdür.
Herseqovina Bosniya və Herseqovina dövlətinin ərazisində yerləşir. Onun ərazisi 11,4 min km² ərazini əhatə edir bu isə Bosniya və Herseqovina ərazisinin 20 % ərazisini əgatə edir. Coğrafi baxımdan iki hissəyə bölünür: Yuxarı və Aşağı Bosniya və Herseqovina.
Herseqovina şimalda Bosniya, şərqdə Monteneqro, qərbdə isə Xorvatiya ilə sərhədə malikdir. Adriatik dənizinə cəmi 8 km sahil xəttinə malikdir.
Burada 1991-ci ildə aparılan siyahıya alınmadan sonra etnik tərkibində dəyişiklik müşahidə edilmişdir. Bu siyahıya alınmaya görə vilayətdə 437 095 nəfər yaşayırdı. Burada xorvatlar Xorvatiya ilə sərhəddə, müsəlmanlar isə Neretva vadisində yaşayırlar. Vilayətin şərqi Serb Respublikasının tərkibinə daxildir.