Hesiona | |
---|---|
Cinsi | qadın[d] |
Atası | Laomedont |
Vikianbarda əlaqəli mediafayllar |
Hesiona (q.yun. Ἡσιόνη) — yunan eposunda[1] Troya padşahı Laomedontun və Strimonun qızı, Podarkın (Priam) bacısı. Onun adı etimologiyada "asiya"mənşəlidir.[2]
Apollon kahininə görə, atası onu dəniz canavarı tərəfindən udmaq üçün qayalara bağlamışdı. Herakl canavarın içərisinə dırmaşaraq onu parçalara ayıraraq xilas etmişdir.[3] Heraklı canavar udduqda başı keçəl olmuşdur.[4] Sonralar Arqosda təltif olunmuşdur.[5] Versiyaya görə, Hesiona qızların sonuncusu idi.[6] Valeri Flakka görə, kahin Ammon tərəfindən göndərilmişdi, xilas arqonavtların yürüşü zamanı baş vermiş, canavar Herakl və Telamon tərəfindən birlikdə öldürülmüşdür.[7]